Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.
Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Qeyd 1: Kürdəmir rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Ağsu rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Beyləqan rayonu 24 yanvar 1939-cu ildə inqilabçı Andrey Jdanovun şərəfinə Jdanov rayonu adı ilə təşkil olunmuşdur. Jdanov rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək İmişli rayonu ilə birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Jdanov rayonu təşkil olunmuşdur. 19 mart 1989-cu ildə rayonun adı Beyləqan rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Goranboy rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 8 sentyabr 1938-ci ildə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılovun şərəfinə Qasım İsmayılov rayonu adlanmışdır. 12 fevral 1991-ci ildə Şaumyan rayonu ləğv olunaraq Qasım İsmayılov rayonu ilə birləşdirilmiş və birləşmiş rayon Goranboy rayonu adlandırılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Zərdab rayonu ləğv olunaraq Ucar rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Zərdab rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Balakən rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Balakən və Qax rayonları ləğv edilərək Zaqatala rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Balakən rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.