Heydər Əsədov — Vikipediya

Heydər Əsədov
Vəzifədədir
2024-cü ildən
3 aprel 2019 – 23 sentyabr 2024
ƏvvəlkiÇingiz Əliyev
22 oktyabr 2013 – 21 aprel 2018
Əvvəlkiİsmət Abasov
Sonrakıİnam Kərimov
17 aprel 2007 – 22 oktyabr 2013
ƏvvəlkiNamiq Nəsrullayev
SonrakıVüqar Gülməmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1959(1959-10-24) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri "Şöhrət" ordeni — 2019 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2011 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı (2024), Azərbaycan Dövlət Dəniz Akademiyasının sabiq rektoru (2019–2024), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013).

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.

1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır[1][2][3].

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.[4]

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir.[5] 2 may 2024-cü ildə yenidən növbəti 5 il müddətinə rektor təyin edilib.[6]

O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. 23 sentyabr 2024-cü ildə 5 il tamam olmadan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.[7][8]

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[9], 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[10]

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

  1. H. X. Əsədov haqqında
  2. H.X. Əsədovun Azərbaycan Respublikasının maliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
  3. H.X Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında
  4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  5. "H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-05-02.
  6. "H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  7. "H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-09-23.
  8. "Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib". Report İnformasiya Agentliyi (az.). 2024-09-23. İstifadə tarixi: 2024-09-23.
  9. Azərbaycan Respublikası Hesablama Palatasınınəməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  10. "H.X.Əsədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]