Telman Orucov — Vikipediya

Telman Orucov
bayraqAzərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavinibayraq
5 fevral 1991 — 16 oktyabr 1991
Sədr Elmira Qafarova
Xələfi Ziyad Səmədzadə
bayraqAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibibayraq
mart 1987 — 1991
Birinci katib Əbdürrəhman Vəzirov
Ayaz Mütəllibov
bayraqAzərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədribayraq
oktyabr 1986 — mart 1987
bayraqAzərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini — Azərbaycan SSR naziribayraq
dekabr 1985 — 9 oktyabr 1986
Sədr Musa Məmmədov
bayraqAzərbaycan SSR meyvə-tərəvəz təsərrüfatı naziribayraq
25 mart 1981 — 12 dekabr 1985
Sələfi İnqilab Şəmiyev[a]
Xələfi nazirlik ləğv edilib
bayraqAzərbaycan SSR tədarük naziribayraq
27 mart 1980 — 25 mart 1981
Sələfi Soltan Əzizov
Xələfi İnqilab Şəmiyev
bayraqAzərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibibayraq
1975 — 1980
Sələfi Nadir Abbasov
Xələfi Sadıq Murtuzayev
bayraqAzərbaycan Kommunist Partiyası Jdanov Rayon Komitəsinin ikinci katibibayraq
iyul 1969 — avqust 1971
Birinci katib Cavanşir Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1940
Doğum yeri
Partiya

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
telmanorucov.com

Telman Xəlil oğlu Orucov (1940, Qaramanlı, Yevlax rayonu) — Azərbaycan dövlət və siyasi xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Telman Xəlil oğlu Orucov 1940-cı ildə Yevlax rayonunun Qaraimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Xəlil Həsənqulu oğlu 1943-cü ildə Böyük Vətən müharibəsində cəbhədə həlak olmuş, anası Suqra Nağı qızının himayəsində böyümüşdür.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olmuş, 1964-cü idə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə illərində Kommunist partiyası sıralarına daxil olaraq 1991-ci ildəki partiyanın ləğvinə qədər onun sıralarında fəaliyyət göstərmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1965-ci ilin iyununda Beyləqan (keçmiş Jdanov) rayon partiya komitəsinə təlimatçı təyin olunmuş, 1966-cı ilin sonundan 1969-cu ilin ortalarınadək rayon komsomol komitəsinin birinci katibi işləmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə iyul ayının əvvəllərində Beyləqan rayon partiya komitəsinin ikinci katibi seçilmiş, bu vəzifədən 1971-ci ilin avqustunda Moskvaya, Sov.İKP Mərkəzi Komitəsi yanındakı Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1973-cü ilin iyulunda bu təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1973-cü ilin avqustundan 1975-ci ilin iyununa qədər Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1975−1980-ci illərdə Ağdam rayon partiya komitəəsinin birinci katibi vəzifələrində işləmişdir. 1980-ci ilin martında pespublika Tədarük naziri, bir il sonra isə respublika Meyvə-Tərəvəz Təsərrüfatı naziri təyin edilmişdir. 1985-ci ilin sonunda aqrar sahə üzrə nazirliklərin və baş idarələrin birləşməsindən yaradılmış Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini – respublika naziri təyin edilmişdir. 1986-cı ilin oktyabindan beş ay müddətində Azərittifaqın sədri işləmişdir. 1987-ci ilin martında Azərbaycan KP Mərkəzi Komitəsinin katibi seçilmişdir. Bu vəzifədə dörd il işlədikdən sonra, 1991-ci ilin fevralından oktyabrına qədər Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini icra etmişdir.

Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1976–1991-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1987–1991-ci illərdə isə Mərkəzi Komitə Bürosunun üzvü olmuşdur.

Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

T. Orucov xidmətlərinə görə Oktyabr inqilabı və iki Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1990-cı illərdən yaradıcılıqla məşğul olmuş, 1999-cu ildən başlayaraq son 15 il ərzində respublika mətbuatında ardıcıl çıxış etmişdir. 2000-ci ildə ilk iki kitabı – "Zamanın ruhu" və "Tarixdə iz qoyanlar" əsərləri çapdan şıxmışdır. Sonrakı illərdə "Ömürdən fraqmentlər", "Düşüncələr albomu", "Qədim Roma: qüdrətin qabarması və çəkilməsi", "ABŞ : beşikdən zirvəyə gedən yol", "Gerçəkliyin əks-sədası", 3 cildlik "Ümumdünya tarixi", "Həyat kaleydoskopu"kitabları çapdan şıxmışdır. "Məhəbbət mehrabı" adlı bədii əsəri mətbuatda dərc olunmuşdur. 2 cildlik "Göy qübbəsini işıqlandıranlar" və "Mahiyyətə nüfuz anı" kitabları çapdadır. Rus, ingilis, türk dillərindən sərbəst istifadə edir, latın, ispan və fransız dillərini isə səthi bilir. İngilis və ispan dillərindən tərcümələr edir İngiliscədən tərcüməsində ABŞ prezidentləri Barak Obamanın "Ümidin cəsarəti" və mərhum Con Kennedinin "Mərdliyin profilləri" kitabları çapdan çıxmış və mətbuatda dərc edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

1970-ci ildə T. Orucov Fazilə Əvəz qızı ilə ailə qurmuşdur. Xanımı ali təhsilli kimyaçı olmaqla, 1971–2012-ci illərdə orta məktəb müəllimi işləmişdir. Üç övladı var. Oğlu Tofiq ixtisasca həkimdir, qızları Aygün- bioloq, Aytən isə politoloqdur. Beş nəvəsi var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  1. Azərbaycan SSR Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri kimi

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]