Saleh Hacıyev (dövlət xadimi) — Vikipediya

Saleh Hacıyev
Saleh Hacıyev.png
bayraqAzərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı naziribayraq
5 fevral 1991 — 28 aprel 1993
Sələfi nazirliyin adı dəyişdirilib
Xələfi nazirlik ləğv edilib
bayraqAzərbaycan SSR meliorasiya və su təsərrüfatı naziribayraq
12 dekabr 1988 — 5 fevral 1991
Sələfi Mahmud Əliyev
Xələfi nazirliyin adı dəyişdirilib
bayraqAzərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavinibayraq
1983 — 1988
Nazir Telman Kazımov
bayraqAzərbaycan SSR kənd tikintisi naziribayraq
2 iyul 1971 — 20 noyabr 1974
Sələfi nazirlik yaradılıb
Xələfi Əlimuxtar Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1932(1932-10-25)
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2011(2011-01-07) (78 yaşında)
Təhsili

Təltifləri Azərbaycan SSR əməkdar mühəndisi

Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1988–1993), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Meliorativ Tikinti Baş İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981).

Həyatı[redaktə | mənbəni redaktə et]

Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir.[1]

Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində[ru] təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir.[1]

Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir.[1]

Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır.[2] 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Meliorativ Tikinti Baş İdarəsinin rəisi olmuşdur.[3] 1983–1988-ci illərdə isə Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini, 1988–1993-cü illərdə isə Azərbaycan meliorasiya və su təsərrüfatı naziri vəzifələrində işləmişdir.[1]

Sonrakı illərdə Saleh Hacıyev "Azqur" Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş, 1995–1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində müəllim kimi fəaliyyətini davam etdirmişdir.[1]

Saleh Hacıyev 1959-cu ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, eləcə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2] Üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Bir neçə orden və medallarla təltif edilmiş və ona "Əməkdar mühəndis" fəxri adı verilmişdir. 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]

Saleh Hacıyev 2011-ci il yanvarın 7-də vəfat etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 İbrahimov, B.; Allahverdiyev, Z. Hacıyev Saleh Hilal oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 137–139. 400 tiraj.
  2. 1 2 Һаҹыјев Салеһ Һилал оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 396.
  3. "Azərbaycan Memarlıq və İnşaat Universiteti tanınmış məzunları". Azərbaycan Memarlıq və İnşaat Universiteti. 2017-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  4. Nuriyev, E.; Allahverdiyev, Z. Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. səh. 35.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]