Məmmədbağır Şeyxzamanlı — Vikipediya

Məmmədbağır Şeyxzamanlı
11 iyun 1919 – avqust 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıNağı bəy Şeyxzamanlı
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi may 1920
Vəfat yeri
Vəfat səbəbi edam
Partiya
Fəaliyyəti siyasətçi

Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpolmay 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi.

Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M. Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

M. Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M. Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.[1]

Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli(Aran) ilə evlənmişdir.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb[2].

  1. İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bakı: Mütərcim, 2013
  2. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.