İsmət Abasov — Vikipediya
İsmət Abasov | |||||||
---|---|---|---|---|---|---|---|
Abasov İsmət Dursun oğlu | |||||||
![]() | |||||||
| |||||||
| |||||||
Sələfi | İrşad Əliyev | ||||||
Xələfi | Heydər Əsədov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Doğum yeri | İrəvan Ermənistan SSR SSRİ | ||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Partiya | ![]() | ||||||
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu | ||||||
Fəaliyyəti | Dövlət xadimi | ||||||
Atası | Dursun Abasov | ||||||
Elmi fəaliyyəti | |||||||
Elmi dərəcəsi | İqtisad elmləri üzrə fəlsəfə doktoru | ||||||
İş yeri | Azərbaycan Respublikası Nazirlər Kabineti | ||||||
| |||||||
Təltifləri | ![]() | ||||||
![]() |
İsmət Abasov (25 may 1954, İrəvan) — Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri, İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini.
Həyatı[redaktə | mənbəni redaktə et]
İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur[1]. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir[2]. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə Respublikanın Kənd Təsərrüfatı naziri olmuşdur.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.
22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.
İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[3].
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən[4] sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[5]
Ailəlidir, iki övladı və beş nəvəsi var.
Əsərləri[redaktə | mənbəni redaktə et]
- "Azərbaycanın kənd təsərrüfatı", Bakı, "Elm və təhsil" 2010. 592 səh. +24 səh.şəkil. 500 tiraj.
- "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. 640 səh. +60 səh. şəkil. 500 tiraj.
- "Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı". Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013. 712 səh, 500 tiraj[6].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ABASOV İSMƏT DURSUN OĞLU Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine (az.)
- ↑ İsmət Dursun oğlu Abbasov [ölü keçid]
- ↑ "İsmət Abasov İrəvanda səfərdədir" (az.). zaman.az. 10 May 2010. İstifadə tarixi: 2014-05-27.[ölü keçid]
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
- ↑ "İ.D.Abasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
- ↑ "Elektron kitbaxana — A". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.