Tofiq Əhmədov (nazir) — Vikipediya
Tofiq Əhmədov | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
| |||||||
Sələfi | nazirlik yaradılıb | ||||||
Xələfi | Saleh Hacıyev | ||||||
| |||||||
Nazir | Məmmədəli Abbasov | ||||||
| |||||||
Sələfi | Həsən Məcidov | ||||||
Xələfi | Yaqub İsmayılov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | 1926 və ya 1924 | ||||||
Vəfat tarixi | 1990 | ||||||
Dəfn yeri | |||||||
Partiya | ![]() | ||||||
| |||||||
Təltifləri | ![]() |
Tofiq Cahangir oğlu Əhmədov (1926 və ya 1924 – 1990) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kənd tikintisi naziri (1966–1971), Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1960–1962).
Həyatı[redaktə | mənbəni redaktə et]
Tofiq Əhmədov 1926-cı ildə (başqa mənbəyə əsasən 1924-cü ildə hazırkı Salyan rayonunda[1]) qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1948-ci ildən Daşkəsən mədən tikintisi trestində usta, tikinti sahəsinin rəisi, mühəndis, baş mühəndis, trestin müdiri olmuşdur.[2]
Tofiq Əhmədov 1958–1960-cı illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsinin baş mühəndisi, idarə rəisinin müavini vəzifələrində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri, 1962-ci ildən isə Azərbaycan SSR tikinti nazirinin birinci müavini vəzifələrində çalışmışdır.[3] 1965–1971-ci ildə Azərbaycan SSR kənd tikintisi naziri olmuşdur.[1]
Tofiq Əhmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinə (6–7-ci çağırış) deputat seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 İbrahimov, B.; Allahverdiyev, Z. Əhmədov Tofiq Cahangir oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 97. 400 tiraj.
- ↑ 1 2 Әһмәдов Тофиг Ҹаһанҝир оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 166.
- ↑ Әһмәдов Тофиг Ҹаһанҝир оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 132.