İsmixan Rəhimov — Vikipediya

İsmixan Rəhimov
İsmixan Məmməd oğlu Rəhimov
Doğum tarixi 18 sentyabr 1925(1925-09-18)
Doğum yeri
Vəfat tarixi 15 dekabr 2004(2004-12-15) (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti alim

İsmixan Rəhimov (18 sentyabr 1925, Bakı15 dekabr 2004, Bakı) — tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İldırım" təşkilatının qurucularından biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Həyatı[redaktə | mənbəni redaktə et]

İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olub. Atası Şahverdiyev Əlibəndə ticarətlə məşqul idi. Anası Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. Bu səbəbdən atası Məhəmməd ilk üç nəvəsini özünə oğulluğa götürmüşdür. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, İsmixanın 11 yaşı olarkan onun atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirən İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır. Lakin 1948-ci ildə Sovet rejimi tərəfindən həbs edilən İsmixan Rəhimov Azərbaycan Dövlət Universitetindəki təhsilini sona çatdıra bilməmişdir.

İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə " İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilmişdir: İsmixan Rəhimov 25 il azadlıq, 5il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1945-ci ildə və 1944-cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökumətinin milli siyasətini pisləmiş, "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn ilə birlikdə Azərbaycanı görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda "Burjua millətçi respublika" yaratmaq olmuşdur".

Mərhum professor Həbib Babayev deyirdi: "O zaman biz tələbə idik. Bu hadisə bizi həyacanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi "Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq "".

2002-ci ildən prezident təqaüdçüsü olub.[1]

Həbs[redaktə | mənbəni redaktə et]

1948-ci ildə siyasi narazılıq küləkləri və dövrün təlatümlü ab-havası İsmixan Rəhimovun həyatında mühüm dönüş nöqtəsinə gətirib çıxardı. Sovet hakimiyyəti anti-sovet təşkilatı olan "İldırım"da iştirak etdiklərinə görə ona və silahdaşlarına qarşı tədbir görərək onları həbs etdi.

İsmixan Rəhimov 25 il azadlıq və 5 il seçki hüququndan məhrum edilərək, bütün əmlakı müsadirə olundu. Onun haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1945-ci ildə və 1944-cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökumətinin milli siyasətini pisləmiş, "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn ilə birlikdə Azərbaycanı görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda "Burjua millətçi respublika" yaratmaq olmuşdur".

Mərhum professor Həbib Babayev deyirdi: "O zaman biz tələbə idik. Bu hadisə bizi həyacanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi "Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq ".

Kitabları[redaktə | mənbəni redaktə et]

İsmixan Rəhimovun lüğətlərindən biri. ISBN 5-552-00948-7
  • İngiliscə — Azərbaycanca lüğət. Ismixan Rəhimovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1992. İ. Rəhimov ISBN 5-552-00948-7
  • İngilis dilinin praktik qrammatikası: izahlar, çalışmalar, çalışmaların cavabları / İ. Rəhimov, T. Hidayətzadə, S. Mir Cəfərova. — Bakı: Azərnəşr, 2003. ISBN 5-552-00785-4
  • Azərbaycan — İngilis və İngilis — Azərbaycanca lüğət. İsmixan Məmməd oğlu Rəhimov, Bakı, "Təfəkkür" nəşriyatı 2003–630 səh. ISBN ?

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Mənbə[redaktə | mənbəni redaktə et]