Tağı Rzayev — Vikipediya

Tağı Rzayev
Tağı Əsgər oğlu Rzayev
Digər adı Tağı Rza
Doğum tarixi 17 iyul 1895(1895-07-17)
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1959(1959-01-01) (63 yaşında)
Dəfn yeri
Təhsili
Fəaliyyət illəri 1920-1959

Tağı Əsgər oğlu Rzayev (17 iyul 1895, İrəvan1 yanvar 1959) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

1918–1920 illərdə Zaqavqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, AXC liderlərindən biri, AXC Parlamentin deputatı və Baş katibi, Araz-Türk Respublikasının naziri Bağır Əsgər oğlu Rzayevin (1893–1827) qardaşı.

Həyatı[redaktə | mənbəni redaktə et]

İrəvan klassik gimnaziyasında oxumuşdur (1906–1916).[1] Moskva İmperator Unuversitetinə daxil olmuşdur və hüquq fakültəsinin iki kursunu bitirmişdir. AXC Parlamentin 1919-cu il 1 sentyabr tarixli qəranna əsasən, təhsilini yüngül sənayesi mühəndisliyi sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Təhsilini tamamlanmadan sonra 1924-cü ildə Bakıya qayidıb və "Yoldaş Vladimir İlyiç Lenin" (indiki H. Z. Tağıyev) adına toxuculuq kombinatında əvvəl mühəndis, sonra isə direktor vəzifəsində işləyib.

1952–1958 illərdə Az SSR Toxuculuq Sənayesi Komissarlığında şöbə rəisinin müavini olub.

1 yanvar 1959-cu il tarixində gəfildən infarkt keçirtdi və öldü.

Yasamal qəbiristanlığında ailə panteonunda dəfn olunub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 188. ISBN 978-9952-5455-010.