Məmməd Əsgərov — Vikipediya

Məmməd Əsgərov
Məmməd Əsgərov.png
bayraqAzərbaycan SSR kənd təsərrüfatı naziribayraq
1977 — 1985
Sələfi Məmməd Xəlilov
Xələfi Vəzifə ləğv olundu.
bayraqAzərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibibayraq
1970 — 1977
Xələfi Hidayət Vəliyev
bayraqAzərbaycan SSR yüngül sənaye nazirinin müavinibayraq
1968 — 1970
Nazir Sadıq Rəhimov
bayraqAzərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibibayraq
1965 — 1968
Xələfi Vahid İsmayılov
bayraqNaxçıvan MSSR Nazirlər Sovetinin sədribayraq
1959 — 1964
Sələfi Rəhim Rəhimov
Xələfi Ramazan İsmayılov
bayraqNaxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavinibayraq
1958 — 1959
Sədr Rəhim Rəhimov
bayraqBərdə Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədribayraq
1954 — 1958
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1918(1918-12-25)
Doğum yeri
Vəfat tarixi 27 iyul 1988(1988-07-27) (69 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar aqronomu

Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Şamxor RayonAğcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub.

İş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur.

1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir.

1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.

SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.

Azərbaycan KP MK-nın üzvü(1960–1983)

Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4-dəfə "Lenin" ordeni, 2-dəfə "Qırmızı əmək bayrağı" ordeni ,"Oktyabr inqilabı" ordeni ən əsası O,1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 360 səh. ISBN 5-8066-1468-9.

İstinadlar[redaktə | mənbəni redaktə et]