Şair Həsənov — Vikipediya

Şair Həsənov
Şair Həsənov.jpg
bayraqAzərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədribayraq
19 aprel 2001 — 28 fevral 2006
Sələfi Abid Şərifov
Xələfi Abbas Ələsgərov
(Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi)
bayraqAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədribayraq
20 iyul 1999 — 19 aprel 2001
Sələfi Sücəddin Abdullayev
Xələfi vəzifə ləğv edilib
bayraqAzərbaycan SSR tikinti materialları sənayesi naziribayraq
12 dekabr 1990 — 22 may 1991
Sələfi Arif Mansurov
Xələfi vəzifə ləğv edilib
bayraqAzərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavinibayraq
1986 — 1989
Sədrlər Musa Məmmədov
Müzamil Abdullayev
bayraqAzərbaycan SSR kənd tikintisi naziribayraq
7 yanvar 1983 — 12 dekabr 1985
Sələfi Dadaş Asanov
Xələfi vəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyul 1936(1936-07-10)
Doğum yeri
Vəfat tarixi 15 mart 2017(2017-03-15) (80 yaşında)
Dəfn yeri
Partiya

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1986 "Şərəf nişanı" ordeni — 1982
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1982

Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985).

Həyatı[redaktə | mənbəni redaktə et]

Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir.[1] Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]

Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır.[3][4] 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.[5]

Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur.[6] Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır.[1] 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.[3]

Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının[2], 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" (1982) fəxri adına layiq görülmüş, "Şərəf nişanı" (1982), "Qırmızı əmək bayrağı" (1986) ordenləri və bir yubiley medalı ilə təltif edilmişdir.[7] 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Şair Həsənov 2017-ci ildə vəfat etmiş, martın 15-də Bakı şəhərində dəfn olunmuşdur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 İbrahimov, B.; Allahverdiyev, Z. Həsənov Şair Nəcməddin oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 147−148. 400 tiraj.
  2. 1 2 Һәсәнов Шаир Нәҹмәддин оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 417.
  3. 1 2 3 Şair Nəcməddin oğlu Həsənov // Qusar. № 9–10 (7567–7568). 12 aprel 2017. S. 3.
  4. Шаир Нәҹмәддин оғлу Һәсәнов: [Азәрбајҹан ССР тикинти материаллары сәнајеси назири] // Коммунист. 13 декабр 1990-ҹы ил. С. 1.
  5. Һәсәнов Шаир Нәҹмәддин оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 500. ISBN 5-89600-253-x.
  6. Həsənov Şair Nəcməddin oğlu // Azərbaycanda kim kimdir? (Ensiklopedik sorğu kitabı). Müəllif və tərtibçi: Tariyel Cahangir. Bakı: "Çıraq" nəşriyyatı. 2004. S. 97.
  7. Həsənov Şair Nəcməddin oğlu // Azərbaycanda kim kimdir? – 2001 (Ensiklopedik sorğu kitabı). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı. 2001. S. 84. ISBN 5-89600-332-3.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]