Səttar Zülfüqarov — Vikipediya

Səttar Zülfüqarov
Səttar Zülfüqarov.jpg
bayraqAzərbaycan SSR ət və süd sənayesi naziribayraq
20 oktyabr 1965 — 30 iyun 1971
Sələfi vəzifə təsis edilib
Xələfi Arif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1910
Doğum yeri
Vəfat tarixi oktyabr 1976
Partiya КПСС.svg ÜİK(b)P (1942)
Elmi fəaliyyəti
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi

Təltifləri "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar zootexniki" fəxri adı

Səttar Abuzər oğlu Zülfüqarov (1910, Çiçi, Quba qəzasıoktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971).

Həyatı[redaktə | mənbəni redaktə et]

Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur.[1] 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.[2]

1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir.[1] 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.[2]

1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir.[2] 1971-ci ildə o, təqaüdə çıxmış, eyni zamanda Ümumittifaq Elmi-Tədqiqat Ət Sənayesi İnstitutu Bakı şöbəsinin direktor müavini işləmişdir.[1]

Səttar Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmişdir.[2] 1966-cı ildən Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.[3] O, iki dəfə "Şərəf nişanı" ordeni, medallar ilə təltif edilmiş[1] və "Azərbaycan SSR əməkdar zootexniki" fəxri adına layiq görülmüşdür.[2]

Səttar Zülfüqarov ağır xəstəlikdən sonra 1976-cı ildə vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 С. А. Зүлфүгаров // Коммунист. № 243 (16372). 17 октјабр 1976-ҹы ил. С. 4.
  2. 1 2 3 4 5 Зүлфүгаров Сәттар Абузәрович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 169.
  3. Zulfugarov, Sattar Abuzarovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 728.