Əsgər Orucov — Vikipediya
Əsgər Orucov | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
| |||||||
Sədrlər | Ənvər Əlixanov | ||||||
Sələfi | Rza Sadıqov | ||||||
Xələfi | Əli İbrahimov | ||||||
| |||||||
Sədrlər | Ənvər Əlixanov Əli İbrahimov | ||||||
| |||||||
Sədrlər | Ənvər Əlixanov | ||||||
| |||||||
Sələfi | Ələkbər Quliyev (kənd təsərrüfatı naziri kimi) Məcid Hüseynov (tədarük naziri kimi) | ||||||
Xələfi | Məmməd Xəlilov (kənd təsərrüfatı naziri kimi) | ||||||
| |||||||
| |||||||
Komissar | |||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | 1907 | ||||||
Partiya | |||||||
Elmi fəaliyyəti | |||||||
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru | ||||||
Elmi adı | professor | ||||||
| |||||||
Təltifləri | ![]() |
Əsgər Qasım oğlu Orucov — Azərbaycan-sovet alimi və dövlət xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1962–1965) və müavini (1960–1962, 1965–1970), Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri (1962–1965).
Həyatı[redaktə | mənbəni redaktə et]
Əsgər Orucov 1907-ci ildə kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildən məktəb direktoru vəzifəsində işləmiş, 1930-cu ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi, aspirantı və dosenti olmuşdur. 1941–1943-cü illərdə kolxoz sədri, Ağstafa Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1943-cü ildən Azərbaycan SSR xalq yeyinti komissarının müavini olmuşdur.[1]
Əsgər Orucov 1948–1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru, Azərbaycan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının baş elmi katibi işləmişdir. 1960-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1962-ci ildən birinci müavini və paralel olaraq Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri olmuşdur. 1965-ci ildə isə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.[2]
Əsgər Orucov 1941-ci ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (5–7-ci çağırış) deputat seçilmişdir.[1] 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və 1963–1964-cü illərdə paralel olaraq Mərkəzi Komitənin kənd təsərrüfatı bürosunun üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir (1966).[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 Оруҹов Әсҝәр Гасым оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 275.
- ↑ Оруҹов Әсҝәр Гасым оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 250.
- ↑ Orudzhev, Asker Kasumogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 457.