Süleyman Rəhimov — Vikipediya
Süleyman Rəhimov | |
---|---|
1954 – 1958 | |
Əvvəlki | Mirzə İbrahimov |
Sonrakı | Mehdi Hüseyn |
1944 – 1945 | |
Əvvəlki | Səməd Vurğun |
Sonrakı | Səməd Vurğun |
1939 – 1940 | |
Əvvəlki | Rəsul Rza |
Sonrakı | Səməd Vurğun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 (22) mart 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1983 (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi, şair |
Uşaqları | |
| |
Təltifləri | |
Süleyman Hüseyn oğlu Rəhimov (9 (22) mart 1900, Əyin, Zəngəzur qəzası – 11 oktyabr 1983, Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
Həyatı
[redaktə | mənbəni redaktə et]Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Mənşəcə kürddür.[1][2][3] İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də "Qara torpaq və sarı qızıl"dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.
Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.
1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]S. Rəhimov yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçıdır. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir. Bu romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani keyfiyyətlərini göstərmişdir. S. Rəhimov "Şamo" romanı ilə ədəbiyyata gəlmiş və 50 ilə yaxın bu əsərin üzərində işləmişdir.[4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Yazıçı Şamo Arifin atasıdır.
- Seysmoloq Şamo Rəhimovun atasıdır.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Sosialist Əməyi Qəhrəmanı — 4 dekabr 1975
- "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 5 aprel 1960
- 3 dəfə "Lenin" ordeni — 25 fevral 1946, 20 mart 1970, 4 dekabr 1975
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Xalqlar Dostluğu" ordeni — 21 mart 1980[5]
- "Şərəf nişanı" ordeni — 6 fevral 1942
- "Qızıl qələm" mükafatı — 1972
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 288 səh.
- Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, 312 səh.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika". Yeni Müsavat (az.). 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
- ↑ Аламдар Шахвердиев. Азербайджанские курды Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
- ↑ "KÜRD XALQININ DƏYƏRLİ OĞLU, AZƏRBAYCAN NƏSRİNİN QARTALI SÜLEYMAN HÜSEYN OĞLU RƏHİMOVUN VƏFATINDAN 28 İL ÖTÜR". Diplomat (az.). 138 (27). 8–14 oktyabr 2011. səh. 3.
- ↑ Nəbiyev, Bəkir; Salmanov, Şamil. Ümumtəhsil məktəbləri üçün dərslik, Ədəbiyyat, 11-ci sinif (5-ci). Bakı: Maarif. 2003. (#accessdate_missing_url)
- ↑ Yazıçı S. H. Rəhimovun Xalqlar dostluğu ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 mart 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Qarabağın görkəmli şəxsiyyətləri:Süleyman Rəhimov (1900-1983)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.