Rövşən Abdullaoğlu — Vikipediya

Rövşən Abdullaoğlu
azərb. Rövşən Abdulla oğlu Abdullayev
Rövşən Abdullaoğlu (2019)
Rövşən Abdullaoğlu (2019)
Doğum adı Rövşən Abdullayev
Təxəllüsü Abdullaoğlu
Doğum tarixi 28 sentyabr 1978(1978-09-28) (45 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti yazıçı, filosof, şərqşünas, publisist, psixoloq
Əsərlərinin dili Azərbaycan dili
Janrlar Fəlsəfi roman, Psixoloji roman, detektiv, roman, publisistika
Üzvlüyü
rovshanabdullaoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq[1]; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri.

Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəbtürk dillərinə tərcümə edilmişdir.

Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub.[2] Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.

O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1] Evlidir, üç övladı var.

Atası — Abdulla Abdullayev, hüquq-mühafizə sistemində çalışıb, rütbəsi mayordur. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda baş hüquqşünas vəzifəsini icra edir. Anası — Gülnarə Abdullayeva, ixtisasca mühasibdir, bank sektorunda 30 illik iş təcrübəsinə sahibdir. Qardaşları: Altay Abdullayev pediatr-neonatoloqdur. Fərhad Abdullayev — "Qədim Qala" nəşriyyatının həmtəsisçisi və rəhbəridir.

Təhsili[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.[1] Azərbaycan Respublikası Sərhəd Qoşunları sıralarında hərbi xidmət keçib, tərxis edilərkən təşəkkür etimadnaməsi ilə təltif olunub. Orta məktəb illərində musiqi təhsili alıb.

Müxtəlif ali məktəb ocaqlarında ərəbfars dillərində teologiya, sxolastika, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahələri üzrə 9 il təhsil alıb.[1]

2013-cü ildə Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun psixoloji konsultasiya fakültəsində[a 1] qeştalt-terapiyası metodu üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnib.[1]

Azərbaycan, türk, ingilis, ərəb, farsrus dillərini bilir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəbtürk dillərinə tərcümə edilmişdir.

"Arxadakı körpüləri yandırın", "Çətin olsa da, həyat davam edir" və "Bu şəhərdə kimsə yoxdur" kitabları Türkiyədə nəşr olunub.

Tərcümə və şərhlər[redaktə | mənbəni redaktə et]

2011-ci ildə İbn Sinanın şərqi mütəəssir buraxdığı kimi, qərbi də təsirsiz qoymayan son kitablarından olan "Göstəriş və təlimatlar" (Kitab əl-işarat vət-tənbihat) kitabının tərcüməsinə başlayıb.

İbn Sinanın məntiqinə və metafizikasına dair ətraflı izahlar da ehtiva edən iki kitab şəklində: "Görüntülər"[3] və "Ariflərin irfani məqamları" adları altında nəşr olunub.[4]

2012-ci ildə növbəti tərcümə işi "Əl-Mizan" adlı çoxcildli təfsir kitabının müəllifi, məşhur alim, filosof Əllamə Təbatəbainin "İnsan" traktatını tərcümə və şərhlərlə nəşr etdirib.[5][6][7]

Eyni zamanda Təbatəbainin ontologiya mövzusunda ən mühüm fəlsəfi əsərlərindən sayılan, ərəb dilində yazılmış "Bidayətul hikmə" əsərinə yazdığı şərhini "Hikmətin Əvvəli" adı altında çap etdirib.[8]

Elə həmin ildə islam aləmində ilk əlyazma sayılan kitabın tərcüməsini həyata keçirir. Kitabın "İlk kitab" adlanması məhz buradan qaynaqlanır. Bu kitabda islam cəmiyyətinin formalaşdığı erkən dönəmlərin tarixi hadisələri və siyasi fitnələr öz əksini tapıb.[9]

Psixoloji əsərlər[redaktə | mənbəni redaktə et]

Yaradıcılığının növbəti mərhələsinə psixoloji mövzular xasdır. Növbəti beş kitabında — "Arxadakı körpüləri yandırın", "Hər bir insan hökmdardır", "Çətin olsa da, həyat davam edir", "Üsyan", "Qorxular" əsərlərində müəllif şəxsiyyətin maddi və mənəvi inkişafı yolunda fəlsəfi, psixoloji və teoloji yanaşma sintezinə əsaslanan yeni motivasiya üsulları təqdim edir.

Bədii əsərlər[redaktə | mənbəni redaktə et]

"Bu şəhərdə kimsə yoxdur" adlı ilk psixoloji romanı 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olub.[10]

Roman Amerikanın dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlarından biri olan "Readers’ Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib. "Self-Publishing Review" ədəbi qurumu tərəfindən 5 baldan 4,5 balla qiymətləndirilib.

Müəllifin ikinci "Relslər üzərinə uzanmış adam" romanı da uğur qazanır, kitabın ilk tirajı cəmi iki həftəyə satılır.

Roman 2020-ci ildə "Readers’ Favorite"in keçirdiyi beynəlxalq ədəbi müsabiqədə minlərlə əsər arasında "bədii ədəbiyyat-mədəniyyət" janrında qızıl medala layiq görülüb[11]. Həmçinin "Readers' Favorite" tərəfindən "beş ulduz" fərqlənmə nişanı ilə də təltif edilib.[12] Roman "IndieReaders" ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək "IR-Approved" nişanı ilə təltif edilib.[13] "Kirkus" ədəbi qurumu da bu roman haqqında yüksək rəy yazaraq öz dərgisinin 1 iyul 2020-ci il tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc edib.[14] "Self-Publishing Review" ədəbi qurumu tərəfindən 5 baldan 4,5 balla qiymətləndirilib.

Bu əsərinə görə müəllifə 2022-ci ilin 18 – 19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.[15][16][17][18][19]

Psixoloji mövzuda qələmə alınmış bu romanlar ümumbəşəri mənəvi dəyərlərə hörmətlə yanaşmaq, irqi, dini, milli mənsubiyyətinə baxmayaraq ətrafdakılara münasibətdə insanlıq və dözümlülük nümayiş etdirmək, həyatın məşəqqətlərini dəyanətlə qarşılamaq və ən əsası – qarşılıq istəmədən, sidq-ürəkdən sevməyə səsləyir.

2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış, adı ilə böyük maraq doğuran "Abaddon" kitabının ilk tirajı cəmi üç saata satılıb.[20] Bu roman da "Readers’ Favorite" tərəfindən "beş ulduz"la təltif olunub.[21]

2022-ci ildə Qarabağ savaşından bəhs edən "Koramal" romanı işiq üzü görüb.[22][23] Kitab qısa müddət ərzində yerli və xarici ədəbiyyatların yer aldığı bestsellerlər siyahısında birinci pilləyə yüksəlib.[24]

Elmi-publisistik əsərlər[redaktə | mənbəni redaktə et]

2010-cu ildə işıq üzü görmüş ilk kitabı olan "Nəfsi təzkiyənin elmi əsasları" şəxsiyyətin mənəvi dirçəliş və tənəzzül faktorundan, qəlbin xüsusiyyətlərindən, onda təcəlli edən zülmət və nur örtüyündən bəhs edir.[25]

2012-ci ildə nəşr olunan "Həyatın imzası" kitabı eramızdan əvvələ aid ən qədim düşüncə məktəblərində mövcud olan, aləmdəki bütün varlıqların canlı olduğunu iddia edən irfani nəzəriyyədən bəhs edir.

2019-cu ilin mart ayında "Tanrı–mif, yoxsa həqiqət" silsiləsindən ilk kitab olan "Əsarət" işıq üzü görmüşdür. Bu kitab müxtəlif ideoloji məktəblər tərəfindən "yaradan" anlayışının qızğın müdafiəsinin və kəskin inkarının psixoloji səbəblərini açıqlayan elmi-populyar üslubda yazılmış vəsaitdir.[26]

Beynəlxalq ədəbi qurumların rəyləri[redaktə | mənbəni redaktə et]

İngilis dilinə tərcümə olunmuş əsərləri Amerikanın bir sıra nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəylər alıb.

Bu şəhərdə kimsə yoxdur[redaktə | mənbəni redaktə et]

" İki unudulmaz həyat hekayəsi Rövşən Abdullaoğlunun emosional cəhətdən çox təsirli və iddialı "Bu şəhərdə kimsə yoxdur" romanında kəsişir.
Abdullaoğlu fəlsəfə, poeziya, ritorika və özünüdərki ustalıqla bir-birinə toxuyub. Bununla da gözlənilməz gedişata malik və son dərəcə dərin, mənalı bir əsər ərsəyə gətirib.
"Self Publishing Review"
"
" Müəllif Villi ilə Visamın timsalında iki güclü xarakter yaradır; çox maraqlı dönüşlər və həqiqi müdriklik də qatmaqla hekayəni zənginləşdirir.
Öz səmimiyyət libasını qürurla daşıyan və oxucunun ruhunu qidalandıran cəlbedici bir hekayədir.
"Kirkus Reviews"
"
" İrqi, mədəni baryerləri aşan, ailəsi tərəfindən tərk edilməkdən müharibənin törətdiyi təhlükələrə qədər həyatın müxtəlif uğursuzluqlarının öhdəsindən gələn çox dəyərli əsərdir.
"IndieReader"
"
" Romanın ideyası – nikbin bir insanın bir pessimistin həyatına daxil olaraq onun baxış bucağını və həyatının axarını dəyişməsi diqqətçəkən və yenidir.
Nəsr gözəl qələmə alınıb. Baş qəhrəmanın mehriban, müdrik bir insanla getdikcə dərinləşən ünsiyyət nəticəsində təkamül etməsi böyük məharət və dərin duyarlılıqla işlənib.
"BookLife Prize"
"
" Fərqli aləmlərdən olan iki qəhrəmanın müzakirələrində fəlsəfi yanaşmanı sevən, açıqfikirli oxucuların təfəkkür etmələri üçün çox məqamlar var.
"BookLife Reviews"
"
" "Bu şəhərdə kimsə yoxdur" səni yaxşıya doğru dəyişəcək həmin o insanı və həm də öz kimliyini tapmaqdan bəhs edən gözəl bir hekayədir.
Mən yazıçının böyük pərəstişkarıyam, onun "Relslər üzərinə uzanmış adam" romanını da çox bəyəndim. Rövşən Abdullaoğlu usta yazıçıdır!
"Readers' Favorite"
"

Relslər üzərinə uzanmış adam[redaktə | mənbəni redaktə et]

"

Relslər üzərinə uzanmış adam" çox güclü əsərdir. Rövşən Abdullaoğlu incə, səlis və ehtirasla,

təfərrüat və atmosferi heyrətamiz dəqiqliklə hiss edərək yazır, sətirlərinə qədim müdriklik hopmuş müasir roman ortaya qoyur.
"IndieReader"
"
"

Əsərin süjeti inandırıcıdır, fəlsəfi baxımdan da mövzu aktual və həyati önəmli mesaj daşıyır.

Azərbaycanlı yazıçı Abdullaoğlu təqdirəlayiq bir iş ortaya qoyub.
"Kirkus Reviews"
"
" Abdullaoğlunun digər əsərlərində olduğu kimi, burada da müasir bilgilərin, qədim mədəniyyət ənənələrinin və ciddi fəlsəfi təhlilin çox maraqlı uzlaşmasını görürük.
"Self-Publishing Review"
"
" Boris Pasternakın "Doktor Jivaqo"sunun, Xalid Hüseynin "Min möhtəşəm günəş"inin pərəstişkarları üçün əla seçimdir.
"BookLife Reviews"
"
" "Abdullaoğlunun nəsri güclüdür, hər obraz öz unikal səsi ilə parlayır".
"BookLife Prize"
"
"

Burada mühüm fəlsəfi suallar qabardılır...

Dərin məzmunlu, geniş dünyagörüşlü bədii ədəbiyyata dəyər verən oxuculara şiddətlə tövsiyə edirəm.
"Readers' Favorite"
"

Abaddon[redaktə | mənbəni redaktə et]

"

Bu detektiv əsər möhtəşəm nəsr nümunəsidir... "Abaddon" psixoloji trillerdən daha artığıdır – burada mədəni önyarğılar, psixi sağlamlıq,

hakimiyyət uğrunda mübarizənin təbiəti, təhrif olunmuş əxlaqi cizgilər, incəsənət, mifologiya, elm və bir çox başqa sahələrə də toxunulur.

Bu qeyri-adi hekayəni, həqiqətən, oxumağa dəyər. Səhifələr çevrildikcə bizi cəhənnəmin təbəqələrinə daha da qərq edən "Abaddon"

daim yenilikçi və sərrast söz ustasından növbəti təsirli yaradıcılıq nümunəsidir.
"Self-Publishing Review"
"
" Süjet orijinal, üslub çalarları arasındakı keçidlər xeyli unikaldır. Nəsr sadə dillə qələmə alınıb, İrlandiya təbiətinin təsvirləri çox gözəldir.
"BookLife Prize"
"
" Qətllərin qorxunc təbiəti bu janrın pərəstişkarlarına hakim kəsilərək onları öz ardınca sürükləyəcək.
"Kirkus Reviews"
"
" İlk cümlələrdən sona qədər oxucunu bir an belə cazibə dairəsindən buraxmayan gərginlik və sirr torları hörən müəllif parlaq bir psixoloji dram nümunəsi yaradıb.
"IndieReader"
"
"

Əsərin süjeti çox cəlbedicidir və elə ilk fəsildən diqqətinizi özünə bənd edəcək. Fövqəladə ustalıqla qələmə alınmış qətl səhnələri çox canlı alınıb.

Müəllifin hər iki hekayə xəttini bu qədər rahatlıqla bir araya gətirməsinə heyran qaldım. Süjetin dolambacları unikal, sonluğu isə mükəmməldir. Abaddon parlaq və unudulmaz bir əsərdir.
"Readers' Favorite"
"

Çətin olsa da, həyat davam edir[redaktə | mənbəni redaktə et]

"

Rövşən Abdullaoğlunun "Çətin olsa da, həyat davam edir" əsəri oxuculara yaşam prinsipləri təqdim edən, itki və bəlaların öhdəsindən gəlməyə yardım edən ciddi təlimat kitabıdır.

Müəllif mesajını ötürmək üçün öz şəxsi təcrübəsini və araşdırmalarını oxucularla bölüşür...

Əsər böyük təsir gücünə malikdir, ehtiva etdiyi tövsiyələr bir çox ağrılı həyat hadisələrində rahatlıqla tətbiq edilə bilər.
"IndieReader"
"
"

Kitab gözəl şəkildə, müdriklik və fəhmlə qələmə alınıb...

"Çətin olsa da, həyat davam edir" oxucuların kəşfini gözləyən, həyata dəyər verməyi və onu məna ilə zinətləndirməyi öyrədən müdrikliklə doludur.

Rövşən Abdullaoğlu çoxumuzun həyata baxışını dəyişəcək düşüncələrini bizimlə bölüşür… həyatımızı gözəl və zövqlü bir nəsnəyə çevirmənin kreativ üsullarını göstərir.
"Readers' Favorite"
"

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rövşən Abdullaoğlu məktəb və universitetlərdə, müxtəlif ictimai müəssisələrdə psixoloji mövzularda seminarlar keçirir, fəlsəfə dərsləri deyir, televiziya və radio verilişlərində çıxış edir.

Hələ universitetdə təhsil aldığı dövrdə sosial faktorların yeniyetmə psixologiyasına təsiri, Təkamül nəzəriyyəsinin lehinə və əleyhinə olan faktları araşdıran Rövşən Abdullaoğlunun bu barədə bir çox məqalələri qəzet və jurnallarda dərc edilib.

2018-ci ildə "Relslər üzərinə uzanmış adam" romanının satışından əldə edilən gəlir Azərbaycanın "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" ictimai birliyinə ianə edilib.[27]

2019-cu ildə peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə tanınmış xəstəxanalardan olan "EGE hospital"ın təltif və mükafatlandırma komissiyasının tərtib etdiyi "Səhiyyənin dostu" adlı mükafat ölkədə ilk dəfə Rövşən Abdullaoğluna təqdim olunub, yazıçıya göstəriləcək ömürlük müayinə, ambulator və poliklinik xidmətləri xəstəxana öz öhdəsinə götürüb.[28]

2020-ci ildə BMT-nin Əhali fondu və BMT-nin "UN-WOMEN" təşkilatının təşəbbüsü ilə həyata keçirilən "Avropa İttifaqı: gender bərabərliyi naminə" silsilə vebinarlarına və bu layihə çərçivəsində təşkil olunan dövlət televiziya proqramına ekspert olaraq dəvət olunub.

Rövşən Abdullaoğlunun təşəbbüsü ilə müəllifi olduğu kitablardan 2020 ədədi "Qədim Qala" nəşriyyatı tərəfindən Vətən müharibəsi qaziləri, döyüşçüləri və şəhid ailələrinə hədiyyə olunub.[29]

"Zəfər tarixi 2020" layihəsinə görə Rövşən Abdullaoğlu "Əmanət" – ölkənin şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub.

2022-ci ildə Britaniya Kollecinin təşkilatçılığı ilə keçirilən TEDx layihəsində "Seçimlərimizi idarə edən psixoloji tələlər" mövzusunda çıxış edib.[30]

2022-ci ilin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində "ÖZÜNÜ KƏŞF ET – təhsil göstəricilərini yüksəltməyə xidmət edən psixoloji inkişaf proqramı" ilə qalib olub. Layihənin şərtlərinə uyğun psixoloji vəsait qələmə alıb və bu vəsaiti 10-11-ci siniflərdə tədris edəcək müəllimlərə xüsusi metodik təlimat keçib.

Hobbi[redaktə | mənbəni redaktə et]

İdman[redaktə | mənbəni redaktə et]

Uşaqlıq illərindən yunan-Roma güləşi, sambo, karate, cüdo, boksakrobatika ilə məşğul olub. 2011-ci ildə "Vəhdət" beynəlxalq cüdo yarışında gümüş medal qazanıb.

Səyahət[redaktə | mənbəni redaktə et]

Yaradıcı fəaliyyətini zənginləşdirmək, əsərlərində bəhs etdiyi tarixi və görkəmli yerlərlə şəxsən tanış olmaq, müxtəlif xalqların mədəniyyətləri haqqında məlumat əldə etmək üçün İrlandiya, İspaniya, Belçika, İsveçrə, İtaliya kimi bir çox dünya ölkələrinə səyahət edib.

2018–2019-cu illərdə Afrika ölkələrinə səfər edərək oradakı piqmey, hadzabi, mursi, karamaconq, hamar qəbilə icmalarının adət-ənənələri ilə tanış olub [31][32][33][34]

2019-cu ilin dekabrında Latın Amerikası ölkələrində səfərdə olan yazıçı Argentinanın "Dünyanın sonu" adlanan, cənub yarımkürəsinin ən son şəhəri olan Uşuayadan gəmi ilə Antarktida materikinə yollanan ekspedisiyada iştirak edib, Bellinshauzen qütb stansiyasının fəaliyyəti ilə yaxından tanış olub.[35][36][37][38]

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Abaddon[39][40]
  2. Ariflərin irfani məqamları[a 2][4]
  3. Arxadakı körpüləri yandırın[41]
  4. Bəla və Səbir[42]
  5. Bu şəhərdə kimsə yoxdur[43]
  6. Çətin olsa da, həyat davam edir[44][45]
  7. Əsarət[46]
  8. Görüntülər[a 3][3]
  9. Hər bir insan hökmdardır[47]
  10. Hidayət risaləsi[48]
  11. Hikmətin əvvəli[49]
  12. İnsan dünyadan əvvəl[a 4][7][50][51]
  13. İnsan dünyadan sonra[a 5][5][52]
  14. İnsan dünyadan sonradan sonra[a 6][6]
  15. Koramal
  16. Ləpirçi: Mən yeməli deyiləm[53]
  17. Mərifət[54]
  18. Nəfsi təzkiyyənin elmi əsasları[25]
  19. O[55][56]
  20. Qorxular[57][58]
  21. Relslər üzərinə uzanmış adam[59][60]
  22. İlk Kitab[9]
  23. Həyatın imzası[61]
  24. Ölülərin hakimiyyəti[62][63]
  25. Üsyan[64][65]
  26. Xüsusiyyətlər[66]
  27. Zamanı necə yeyək?[67]

Qalereya[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. "ИНСТИТУТ ПОЗИТИВНЫХ ТЕХНОЛОГИЙ И КОНСАЛТИНГА". 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.
  2. (İbn Sinanın "Göstəriş və təlimatlar" kitabının tərcümə və şərhi)
  3. (İbn Sinanın "Göstəriş və təlimatlar" kitabının tərcümə və şərhi)
  4. (Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi)
  5. (Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi)
  6. (Əllamə Təbatəbainin "İnsan" traktatının tərcümə və şərhi)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "YAZAR HAQQINDA" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  2. "Şöhlət İxtiyaroğlu: "Kitab mağazalarında çeşid yoxdur" (MÜSAHİBƏ) | Qaynarinfo.az". qaynarinfo.az (az.). 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  3. 1 2 "Görüntülər" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  4. 1 2 "Ariflərin İrfani Məqamları (III nəşr)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  5. 1 2 "İnsan Dünyadan Sonra (IV nəşr)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  6. 1 2 "İnsan Dünyadan Sonradan Sonra (II nəşr)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  7. 1 2 "İnsan Dünyadan Əvvəl (II nəşr)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  8. "Əllamə Təbatəbainin ˝Bidayət-ul-Hikmə˝ kitabı əsasında yazılmışdır. Şərh və əlavələr: Rövşən Abdullaoğlu". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
  9. 1 2 "İlk Kitab (II nəşr)" (az.)). qedimqala.az. 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  10. Zərif Nisə. "Tilsim sındı - Azərbaycanlı yazıçı xariciləri üstələdi" (az.)). milli.az. 2017-01-13. 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
  11. Kəpəz TV. "Azərbaycanlı yazıçı ABŞ-də qızıl medala layiq görüldü" (az.). Youtube.com. 06.12.2022. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-06.
  12. "The Man on the Rails". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  13. "The Man on the Rails". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  14. "Kirkus Reviews", № 13. 2020–07-01. p. 166. Indie. "The Man on the Rails".
  15. Mayamidə azərbaycanlı yazara beynəlxalq müsabiqənin qızıl medalı təqdim edilib
  16. "Azərbaycanlı yazıçı ABŞ-də qızıl medala layiq görüldü (FOTO)". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  17. "Rövşən Abdullaoğlu Amerikada təltif olunub (FOTO)". 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  18. "Azərbaycanlı yazıçı ABŞ-də qızıl medala layiq görüldü (FOTO)". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  19. "Rövşən Abdullaoğlu Amerikada təltif olunub". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  20. İlkin İzzət. "Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı" (az.)). milli.az. 2018-05-15. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  21. "Abaddon". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  22. "Tanınmış yazıçı Rövşən Abdullaoğlunun yeni romanı işıq üzü görüb". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  23. Rövşən Abdullaoğlunun "Koramal" adlı yeni romanı çap olundu[ölü keçid]
  24. ""Koramal" bir neçə günə satılıb qurtatdı"". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  25. 1 2 "Nəfsi Təzkiyyənin Elmi Əsasları" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  26. Kənan Rövşənoğlu. ""Tanrı anlayışı dinlərdən daha əvvəl yaranıb" – Müsahibə" (az.)). musavat.com. 2019-04-13. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  27. "Kitabdan qazancını şəhid ailələri və kimsəsiz uşaqlara verir - Tanınmış yazıçıdan örnək addım". 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  28. "Rövşən Abdullaoğlu "Səhiyyənin Dostu" oldu". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  29. "Tanınmış yazıçıdan gözəl təşəbbüs – Müharibə iştirakçılarına 2020 kitab paylanacaq". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  30. "TEDxAzerbaijanBritishCollege". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  31. "Rövşən Abdullaoğlu ilk dəfə `Abaddon`dan danışdı - VİDEO" (az.)). faktxeber.com. 2018-04-25. 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  32. "Tanınmış yazıçı Afrikada öz əsərinin qəhrəmanları ilə görüşəcək". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  33. ""Qara qitə"ni ağa dəyişən azərbaycanlını "dünyanın sonu"na aparan səbəb var". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
  34. "Tarzanın vətənində olmuş azərbaycanlı yazıçının Afrika təəssüratları - Paltarlarımızı əynimizdən çıxarmaq istəyirdilər - VİDEO - FOTO". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  35. "Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada". 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  36. "Rövşən Abdullaoğlu Antarktidadan yazır: Orne buxtası, nəfəskəsən gözəllik". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  37. "Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada - FOTO". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  38. "Rövşən Abdullaoğlunun Antarktida səfəri başa çatıb". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  39. "Abaddon" (az.)). qedimqala.az. 2018-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  40. İlkin İzzət. "Rövşən Abdullaoğludan psixoloji detektiv janrında yeni roman - "Abaddon" - FOTO" (az.)). milli.az. 2018-05-12. 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  41. "Arxadakı Körpüləri Yandırın (III nəşr)" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  42. "Bəla və Səbir" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  43. "Bu Şəhərdə Kimsə Yoxdur (VI nəşr)" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  44. "Çətin Olsa da, Həyat Davam Edir (V nəşr)" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  45. "Çətin olsa da, həyat davam edir" (az.)). bakukitabklubu.blogspot.com. 2013-11-12. 2016-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  46. "Əsarət" (az.)). qedimqala.az. 2019. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  47. "Hər Bir İnsan Hökmdardır (III nəşr)" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  48. "Hidayət risaləsi (Annotasiya)" (az.)). islamazeri.com. 2015-08-04. 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
  49. "Hikmətin Əvvəli" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  50. "Kitabsevərlərə müjdə!." 2020-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  51. "Əllamə Təbatəbainin "İnsan dünyadan əvvəl" adlı kitabı nəşr olunub". 2019-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  52. ""İnsan dünyadan sonra" adlı kitab işıq üzü görüb". 2019-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-09.
  53. "Ləpirçi: Mən Yeməli Deyiləm" (az.)). qedimqala.az. 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  54. "Mərifət" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  55. "O" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  56. ""Hərf və irfan elmi" adlı kitabın əsasında işlənmiş "O" kitabının işıq üzü görməsi gözlənilir" (az.)). deyerler.org. 2011-10-26. 2019-07-12 tarixində orijinalından arxivləşdirilib.
  57. "Qorxular" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  58. "Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" (az.)). modern.az. 2015-03-31. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  59. "Relslər Üzərinə Uzanmış Adam" (az.)). qedimqala.az. 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
  60. "Bestseller kitablar müəllifi Rövşən Abdullaoğludan YENİ psixoloji roman: Relslər üzərinə uzanmış adam" (az.)). islamazeri. 2017-03-13. 2017-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
  61. "Həyatın İmzası" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  62. "Ölülərin hakimiyyəti" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  63. ""Ölülərin Hakimiyyəti" - yeni kitab" (az.)). deyerler.org. 2012-03-02. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  64. "ÜSYAN" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  65. ""Üsyan" adlı kitab çap olundu" (az.)). kulis.az. 2014-05-22. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  66. "Xüsusiyyətlər" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  67. "Zamanı Necə Yeyək" (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]