İbrahim mirzə Cahi — Vikipediya
İbrahim mirzə Səfəvi Cahi ﺳﻠﻄﺎﻥ ﺍﺑﺮﺍﻫﯿﻢ ﻣﯿﺮﺯﺍ ﺻﻔﻮﯼ | |
---|---|
Əbül Fəth Sultan İbrahim Mirzə | |
1555/1565 – 1562/1567 | |
1562 – 1565 | |
1567 – 1574 | |
1574 – 1577 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | 2.23.1577 |
Vəfat yeri | Qəzvin, Səfəvilər dövləti |
Dəfn yeri | Məşhəd |
Fəaliyyəti | xəttat |
Atası | Bəhram Mirzə Səfəvi |
Anası | Zeynəbsultan xanım |
Həyat yoldaşı | Gövhərşah sultan |
Dini | Şiə İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Əbül Fəth Sultan İbrahim Mirzə Səfəvi və ya Sultan İbrahim Mirzə (aprel 1540 – 23 fevral 1577, Qəzvin) — Səfəvi sülaləsinin bir üzvü və Səfəvi sülaləsindən ikinci şah olan Şah I Təhmasibin sevimlisi. Eyni zamanda I Təhmasib onun qayınatası olmuşdur. İbrahim Mirzə hal-hazırda incəsənətin, xüsusilə Səfəvi miniatürünün hamisi hesab edilir. Onun kitabxanasının və incəsənət kolleksiyasının öldürülməsindən sonra arvadı tərəfindən dağıdılmasına baxmayaraq, onun qoruduğu əsərlərindən biri olan Caminin Həft övrəng əsəri xilas olmuşdur. Bu əsər hal-hazırda Vaşinqtonda Freer İncəsənət Qalereyasında saxlanamqdadır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]O, birinci Səfəvi şahı I İsmayılın nəvəsi, Bəhram Mirzə Səfəvinin oğludur. 1540-cı ilin aprel ayında Bəhram Mirzə Səfəvi ilə Şirvanşahlar nəslindən Zeynəbsultan xanımın ailəsində dünyaya gəlmişdi.[2] Atası Xorasanın (1529-1532), Gilanın (1536-1537), Həmədanın (1546-1549) və əlyazmalar rəhbəri kimi çalışmışdır. Əmilərindən ikisinin və qardaşlarından ikisinin I Təhmasibə qarşı üsyan qaldırmasına baxmayaraq, sarayda böyümüş İbrahim uzun müddət şahın sevimlisi olmuş və 16 yaşında ikən Məşhədə vali təyin edilmişdir.[3][4] 1556-cı ilin martında Məşhədə vali təyin edilnə İbrahimin bu qədər erkən yaşda vali təyin edilməsi qədim türk ənənsindən gəlməklə birlikdə, nominal xarakter daşımaqda idi. Məsələn, I Təhmasib özü 4 yaşında vali təyin edilmişdi. Həmçinin İbrahimin bu təyinatında siyasi məqsədlər də var idi, çünki onun anası Şirvanşah sülaləsindən gəlməkdə idi.
1560-cı ildə o, I Təhmasibin kənizdən olan böyük qızı Gövhər Sultan Bəyimlə (ö. 1577) ailə həyatı qurmuşdur.[5] Onların bu evlilikdən bir qızı olmuşdur - Gövhər Şah Bəyim (ö. 1587). 1562-cı ildə o, Ərdəbilə valilik üçün getmiş, lakin bu zaman bir zarafatyana reaksiyası şaha çatdırılmış, şah buna qəzəblənmiş və onu Ərdəbil valiliyindən alaraq daha aşağı səviyyəli vəzifə hesab edilən Xorasandakı Qainin valisi təyin etmişdir.[4] 1564-1565-ci illərdə o, Təkəli tayfasının üsyanını yatırmışdır.[6]
Bir neçə il keçdikdən sonra şahın qəzəbi keçir və o 1565-1566-cı illərdə Məşhəd valisi təyin edildi. Lakin bir neçə il keçdikdən sonra şahın mühasirəyə alınmış oğlu olan Sultan Məhəmməd Mirzəni xilas etməkdə uğursuz olduğuna görə bu vəzifəsindən geri çağırıldı.[4] Buradan o, Səbzivara vali olaraq göndərildi və 34 yaşında ikən, yəni 1574-cü ildə Qəzvinə çağırılaraq eşikağasıbaşı vəzifəsinə təyin edildi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra varislik üstündəki mübarizəyə qarışan İbrahim Mirzə sonda uğurlu olaraq II İsmayılın taxta çıxmasında rol oynadı. II İsmayıl onu şahlıq möhrdarı vəzifəsinə təyin etdi. Lakin təxminnə 6 ay sonra o, paytaxtda bir çox digər Səfəvi şahzadəsi ilə birlikdə qətlə yetirildi. Bu II İsmayılın potensial rəqiblərinə qarşı başlatdığı ümumi təmizləmə prosesi idi.[4] Yeni şah çox uğurlu hərbi uğurlardan sonra gənc ikən 20 il həbsdə qalmışdı və şah olduqdan sonra psixoloji problemlər yaşayırdı. Şah özü də heç bir il hakimiyyətdə qalmadıqdan sonra iddialara görə tiryəklə zəhərləndirilərək öldürüldü.[7] 1577-ci ildə II İsmayıl tərəfindən qətlə yetirilir. O, Şah tərəfindən qətlə yetirilən ilk Səfəvi şahzadəsi olur.
İncəsənətə hamiliyi
[redaktə | mənbəni redaktə et]Digər Səfəvi şahzadələri kimi İbrahim Mirzə də şair, rəssam və xəttat kimi təlim görmüş, şairləri, musiqiçiləri və digər incəsənət xadimlərinə hamilik etmişdi. Lakin onun ən vacib işlərindən biri xüsusi əlyazmaların yaradılması üçün saxladığı emalatxanadır. Əvvəllər o dövrdə Səfəvi rəssamlığının aparıcı himayədarı olan Təhmasp 1540-cı illərdə əlyazmaları sifariş etməyi dayandırdıqda, İbrahim Mirzənin emalatxanası bir müddət imperiyada ən mühüm emalatxana oldu. O, bir şair kimi fars və Azərbaycan türkcəsində bir neçə min misra yazıb. İbrahim Mirzə Cahinin fars və türkcə yazdığı şeirlərin həcmi 3.000 beytdən çoxdur. Dövrün müəlliflərinin təzkirələrində onu şeirlərinə rast gəlinir. Qazi Əhməd Qumi "Xülasət əl-təvarixdə" Cahinin şeirlərinin 3.000 beytdən çox olduğunu qeyd edir. İbrahim mirzə Cahinin divanına arvadı Gövhərşah Banunun da şeir yazmağa təbi olub. Tarixi mənbələr İbrahim Mirzənin "Fərhəng İbrahim" adlı təzkirəsinin olduğunu təsdiq edirlər. Lakin bu təzkirə tam şəkildə əldə yoxdur. "Fərhəng İbrahim" təzkirəsində orta əsr şairləri, alimləri və incəsənət xadimləri haqqında qısa avtobioqrafik məlumatlar özünə yer tapıb.[8][4][9]
Caminin əsərinin əlyazmasında qeyd edilib ki, mətnin üzü iki xəttat tərəfindən Məşhəddə köçürülmüşdür. Bir digər mənbə isə bildirir ki, onlardan biri olan Malik əl-Deyləmi İbrahim Mirzə ilə 1556-cı ildə Məşhədə getmiş və orada 18 ay qalmış, sonra şah tərəfindən geri çağırılmış, bu müddət ərzində İbrahim Mirzəyə xəttatlıqdan müəllimlik etmişdir. Şahzadənin xahişlərinə baxmayaraq, 1561-62-ci illərdə ölümündən əvvəl Məşhədə qayıtmasına icazə verilmədi. İkinci xəttat olan Şah Mahmud Nişapuri həmçinin Təhmasibin maliyyələşdirdiyi ən sonuncu böyük işlərdən biri olan Nizaminin Xəmsəsinin əlyazmasını hazırlamışdır. 1564-1565-ci illərdə Məşhəddə hazırlanan əsər hal-hazırda Britaniya Kitabxanasında saxlanmaqdadır.[10]
Bu dönəmə aid 28 səhifəlik miniatür vardır, lakin onun üzərində heç bir tarix və şəxs adı qeyd edilməmişdir. Bu əsərin kimə aid olması dəqiq bilinmir. Alimlərin fikrincə əsər o dövrün mühüm rəssamlarından biri olan Şeyx Məhəmməd tərəfindən hazırlanmışdır. O, bu zaman Səbzəvarda İbrahim Mirzənin yanında olmuş, onun ölümündən sonra da şahlar üçün çalışmışdır.[1][11] Şeyx Məhəmməd Səfəvi miniatür məktəbində yenilik olan fərdi şəxslərinin üzlərinin çəkilməsi üzrə ixtisaslaşmışdı. Bu yenilik sonradan Səfəvi rəssamların çoxunun moğol sarayına keçməsi ilə birlikdə moğol miniatür məktəbində yeni ənənələrin əsasının qoyulmasında mühüm rol oynamışdır. Bir digər rəssamlardan biri olan Mirzə Əli Stüart Kerinin iddiasına əsasən Caminin əsərinin əlyazmasının hazırlanmasında iştirak etmişdir. Barbara Brendin bildirdiyinə görə isə, Mirzə Əli Əbdül Səməd ilə eyni olmaqla birlikdə, moğol hökmdarlarından həm Hümayun, həm də Əkbər üçün işləmişdir. Bu əvvəlcə Kabilda, daha sonradan isə Hindistanda olmuşdur.[12] İbrahim Mirzə üçün çalışan bir digər rəssam isə Əli Əsgər idi. Əli Əsgər gələcək nəsil Səvəi rəssamlarının ən məşhurlarından olan Rza Abbasinin atasıdır və təxminən Abbasi 1565-ci ildə Məşhəddə dünyaya gəlmişdir.[13][4]
Welch bildirir ki, bəzi rəsmlər Qəzvindəki daha yaşlı rəssamlar tərəfindən çəkilmiş və buradan Məşhədə göndərilmişdir. Bu rəssamlara misal olaraq isə Ağa Mirəki və Müzəffər Əlini göstərir.[3] Lakin İbrahim Mirzənin bir digər xəttatı olan Qazi Əhməd Qumi bildirir ki, o, özü ilə birlikdə xeyli sayda xəttatı Məşhədə aparmış, buradakı valiliyi dövründə də onlarla birlikdə xeyli vaxt keçirmişdir.[14][4][15] Təhmasib üçün hazırlanmış əsərlərdə rəssamlar müəyyən işarələrlə öz adlarını vermişdirlər, mümkündür ki, İbrahim Mirzə də bu sahənin yaxşı dövrlərindən biri olan 1570-ci illər boyunca müəyyən əsərlər sifariş versin.[16][3] Kitabdakı miniatürlər fiqurlarla doludur və misalda əks toxuculuq, bir çox tənqidçi üçün həddindən artıq çoxdur. Görünür, İbrahim Mirzə özünü Yusiflə eyniləşdirib və onun təsvirləri çox güman ki, portret kimi nəzərdə tutulub.[13] Əlyazma "Səfəvilər sülaləsi dövründə istehsal edilmiş sonuncu həqiqətən böyük əsər" (yəni Caminin əsərinin əlyazmasının işləməsi) kimi qiymətləndirilir.[14][17]
Barbara Brend bildirir:[18]
Səthi olaraq Caminin hekayələrinin təsvirləri Təhmasibin əsərlərinə çox bənzəyir; onlar yüksək səviyyədə bitirmə mürəkkəb kompozisiyalarıdır, lakin bir qədər qrotesk olan daha çox fiqurlar, bir az kiçildilmiş daha çox gənc, xəfif gülümsəmə, daha çox qəhvəyi və bənövşəyi üç rəngli palitra var. Göz təfərrüatdan təfərrüatlara qədər səhifənin üzərinə narahat şəkildə çəkilir. Sanki rəssamlar tamaşaçını maraqlandıran zahiri povestin gücünə inamını itirmiş, diqqəti cəlb etmək üçün başqa vasitələr axtarırdılar. Günahsızlıq itirilmişdir; klassik əsərlər təsvir olunmağa davam edəcəkdi, ancaq rəssamların məharəti üçün bir vasitə kimi; onlar artıq təxəyyül üzərində mifik gücə malik deyildilər. Rəssamlığın gələcəyi daha realist mövzularda olacaqdı, baxmayaraq ki, onların müalicəsi tez-tez bu reallığı bizdən gizlədir. |
İbrahim Mirzə qətlə yetirildikdən sonra arvadı onun bütün əlyazmalarını, şəxsi əşyalarını, çox gümanki çini məmulatlarını sındırdığı qeyd edilir, halbuki arvadı da ondan 3 ay sonra həyatını itirmişdir. O, həmçinin ərinin toy üçün hazırladığı və ona hədiyyə etdiyi Kəmaləddin Behzadın miniatürlərindən ibarət muraqqanı da su ilə yuyaraq məhv etdi.[1] Ola bilsin ki, o, ərinin öldürülməsini əmr edən və şahzadənin emalatxanasını ələ keçirən qardaşının əlinə heç nəyin düşməsini istəmirdi.[19] Onun sifariş etdiyi əlyazmalardan yalnız iki əlyazma - Caminin hekayələri və ya digər adı ilə Freer Cami və daha təvazökar üslubla hazırlanmış, iki illüstürasiyanın olduğu və indi Topqapı sarayında saxlanan əlyazmalar - xilas edilə bilinib.[4] 1582-ci ildə İbrahim Mirzənin qızı atasının yazdığı şerləri bir divanda toplamağı bacardı. Bu kitaba bəzi miniatürlər də daxil idi. Bu kitab iki nüsxəsi dövrümüzə qədər gəlib çatmışdır. Onlardan biri Ağa xan Muzeyində, digəri isə Tehrandakı Gülüstan Sarayı Kitabxanasında saxlanmaqdadır.[20]
2017-ci ildə azərbaycanlı filoloq Paşa Kərimov Almaniyada yaşayan azərbaycanlı həmvətəni Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir. Nizari-İsmaililərin başçısı Sədrəddin Ağa xanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu divanda şairin fars və Azərbaycan dillərində yazdığı şeirlər toplanmışdır. İbrahimin Cahinin Azərbaycandilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.[21][22][23]
Qalereya
[redaktə | mənbəni redaktə et]- Müzəffər Əli tərəfindən hazırlandığı düşünülən Freer nüsxəsindən bir səhnə. İbrahim Mirzə tərəfindən sifariş edilmişdir.
- Mirzə Əli tərəfindən hazırlandığı düşünülən Freer nüsxəsindən bir səhnə. İbrahim Mirzə tərəfindən sifariş edilmişdir.
- Freer nüsxəsindən bir səhnə.
Ailəsi
[redaktə | mənbəni redaktə et]1560-cı ildə I Təhmasibin qızı Gövhərşah sultan ilə evlənmişdi. Yeganə övladı:
- Gövhərşad bəyim (1561–1614) — Məkkədə Əmir Nəsrəddin Hüseyn Şirazi ilə evlənmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Titley, 1983. səh. 105
- ↑ Babaie, 2004. səh. 26
- ↑ 1 2 3 Welch, 1976. səh. 24
- ↑ 1 2 3 4 5 6 7 8 Simpson, 1997
- ↑ Newman, 2012. səh. 35
- ↑ Babaie, 2004. səh. 27-28
- ↑ Abisaab, 2004. səh. 49
- ↑ Welch, 1976. səh. 23-24
- ↑ Sudavar, 2000. səh. 1
- ↑ Titley, 1983. səh. 106
- ↑ Welch, 1976. səh. 24, 118, 123
- ↑ Brend, 1991
- ↑ 1 2 Titley, 1983. səh. 108
- ↑ 1 2 Titley, 1983. səh. 105-106
- ↑ Welch, 1976. səh. 23-27
- ↑ Titley, 1983. səh. 103
- ↑ Welch, 1976. səh. 98-127
- ↑ Brend, 1991. səh. 164
- ↑ Aga Khan Museum. "Arts of the Book: Illustrated Texts, Miniatures". 24 July 2011. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November.
- ↑ "Double Finispiece From The Diwan Of Sultan Ibrahim Mirza". 24 July 2011. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2022.
- ↑ "Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ "Əlyazmalar İnstitutu Şah İsmayılın nəvəsinin divanının surətini əldə edib". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ "ƏLYAZMALAR İNSTİTUTU ŞAH İSMAYILIN NƏVƏSİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. London, UK: I. B. Tauris. 2006. ISBN 1-86064-667-0.
- Sussan Babaie; Kathryn Babayan; Ina Baghdiantz McCabe; Massumeh Farhad. Slaves of the Shah: New Elites of Safavid Iran. I. B. Tauris. 2004. ISBN 1-86064-721-9.
- Rula Jurdim Abisaab. Converting Persia: religion and power in the Safavid Empire. I.B.Tauris. 2004. ISBN 1-86064-970-X.
- Barbara Brend. Another Career for Mirza Ali? - in Newman, Andrew J. (ed), Society and culture in the early modern Middle East: studies on Iran in the Safavid period. 46. Islamic history and civilization, BRILL. 2003. ISBN 90-04-12774-7.
- Barbara Brend. Islamic art. Harvard: Harvard University Press. 1991. ISBN 0-674-46866-X.
- Marianna S. Simpson. Ebrāhīm Mīrzā. Encyclopedia Iranica. 1997.
- Abolala Soudavar. The Age of Muhammadi, Muqarnas. 2000.
- Norah M. Titley. Persian Miniature Painting, and its Influence on the Art of Turkey and India. University of Texas Press. 1983.
- Stuart Cary Welch. Royal Persian Manuscripts. Thames & Hudson. 1976. ISBN 0-500-27074-0.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- J.R.R. Simpson və Marianna Shreve. Sultan Ibrahim Mirza's Haft Awrang: A Princely Manuscript from Sixteenth-Century Iran. Yale University Press. 1997. ISBN 978-0-300-06802-3.