Layla — Vikipediya
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn:
Layla beşiyim, layla,
evim eşiyim layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Qarabağdan toplanmış laylalar
[redaktə | mənbəni redaktə et]Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371)
Laylay qolum, qanadım, Laylay gələcək adım. Oğul toyu görməkdi, Bu dünyada muradım (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)
Ayın ziyası gülsün, Elin duası gülsün. Balama qurban kəsən İgid atası gülsün (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 373)[1]
Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s.
Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.[2]
Bəstəkar laylaları
[redaktə | mənbəni redaktə et]- Fikrət Əmirov — Layla (sözləri Nəbi Xəzrinindir)
- Fikrət Əmirov — "Sevil" operasında Atakişinin laylası
- Qara Qarayev — "İldırımlı yollarla" baletindən "Layla"
- Qara Qarayev — xor üçün "Layla"
- Asəf Zeynallı — Laylay[3]
- Şəfiqə Axundova — Almaz Orucovanın ifasında Laylay
- Tofiq Quliyev — Aybəniz Haşımovanın ifasında "Sürəyya" filmindən laylay
- Tofiq Quliyev — Şövkət Ələkbərovanın ifasında laylay ("Ögey ana" filmindən)
- Emin Sabitoğlu — Şövkət Ələkbərovanın ifasında laylay
- Ramiz Mustafayev — Layla (Söz: Sərdar Əsəd)
- Musa Mirzəyev — Filin laylası[4]
- Xəyyam Mirzəzadə — Kuklanın laylası[5]
- Vasif Adıgözəlov — Layla[6]
- Aqşin Əlizadə — "Qədim laylay" (a capella xoru üçün)
- Oqtay Zülfüqarov — Ana laylası
- Ramiz Zöhrabov — xalq çalğı alətləri orkestri üçün "Laylay" (1998)[7]
- Sərdar Fərəcov — simli orkestr, arfa və fortepiano üçün "Oxunmamış layla" (Məleykə Hacıbəyovanın xatirəsinə)[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İlkin Rüstəmzadə. Qarabağ Folkloru da bir tarixdir.
- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
- ↑ "Şəhla İbrahimova - Azərbaycan kamera-instrumental musiqisinin bəzi xüsusiyyətləri". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- ↑ Абаскулиев Н. О. Детские фортепианные циклы Мусы Мирзоева Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine . Журнал HARMONY.
- ↑ Тарлан Сеидов — Детская фортепианная музыка азербайджанских композиторов (1970 – 2000) Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. Журнал HARMONY.
- ↑ "İmruz Əfəndiyeva - Vasif Adıgözəlovun yaradıcığının üslub xüsusiyyətləri". 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- ↑ "Azərbaycan bəstəkarları və musiqişünasları - Ramiz Zöhrabov". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- ↑ "Azərbaycan bəstəkarlar ittifaqında: Qənclərin yaradıcılıq forumu". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.