Aşıq Abbas Tufarqanlı — Vikipediya
AŞIQ ABBAS TUFARQANLI | |
---|---|
Abbas | |
Doğum tarixi | 1600 |
Doğum yeri | Cənubi Azərbaycan, Tufarqan(indiki Azərşəhr) |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Aşıq Abbas Tufarqanlı Vikimənbədə |
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir:
Yaşa, sevdicəyim, yaşa
Yazılanlar gələr başa
Bir yandan özün bas daşa
Bir yandan el car eyləsin.
və ya:
Abbas ağlar zarı-zarı
Getməz könlünün qübarı
İlqarından dönən yarı
Tanrı tez bazar eyləsin.
Haqqında film
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] [[2019-cu il]] tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 108-112.
- Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.24-41