Fərman Kərimzadə — Vikipediya
Fərman Kərimzadə | |
---|---|
Doğum tarixi | 3 mart 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1989 (52 yaşında) |
Vəfat yeri | |
Uşaqları | Əziz Kərimzadə Yeganə Kərimzadə[1] |
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist |
Əsərlərinin dili | Azərbaycan dili |
Fərman Kərimzadə Vikimənbədə |
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı[2] yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960).
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.
F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin[3], "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
F. Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Sonuncu eksponat. Bakı: 1961,
- Ömrümüz-günümüz. Bakı: 1963,
- Heykəl dilə gəlir. Bakı: 1965,
- Qarlı aşırım. Bakı: 1971,
- Xudafərin körpüsü. Bakı: 1982,
- Çaldıran döyüşü. Bakı: 1988,
- Təbriz namusu
- Qoca qartalın ölümü. Bakı: 1991.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi
- Bizim küçənin oğlanları (film, 1973)
- Camışçılıq (film, 1966)
- Çətirimiz buludlardır (film, 1976)
- Daş dözür (film, 1973)
- Dərviş Parisi partladır (film, 1976)
- Dörd bazar günü (film, 1975)
- Mükafat, yoxsa… (film, 1980)
- Oxuyur Şövkət Ələkbərova (film, 1970)
- Şah və xidmətçi (film, 1976)
- Tütək səsi (film, 1975)
- Tütünün becərilməsi (film, 1967)
- Ver verim (film, 1974)
- Yağışlı havalarda (film, 1982)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanın məşhur yazıçısının qızından TÜKÜRPƏDƏN FAKT: "Atamı öldürmək üçün evə salıb..." - ÖZƏL". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
- ↑ "Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı — Foto". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
- ↑ "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Mənbə
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Onu KQB öldürdü – Tanınmış yazıçıdan maraqlı faktlar
- "Qarlı aşırım"dan "Axırıncı aşırım"a doğru
- Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında Arxivləşdirilib 2017-07-21 at the Wayback Machine
- 75 yaşlı Fərman Kərimzadə unudulub…
- KQB atamın o əsərini evdən apardı – Kərimzadə
- Fərman Kərimzadənin 80 illik yubileyi keçirildi — FOTO
- Yazıçı Fərman Kərimzadənin həyat yoldaşı vəfat edib
- "Xudafərin körpüsü", “Çaldıran döyüşü”, "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu... - FOTOLAR