1939 — Vikipediya
İllər |
---|
1935 • 1936 • 1937 • 1938 — 1939 — 1940 • 1941 • 1942 • 1943 |
Onilliklər |
1910-cu illər • 1920-ci illər — 1930-cu illər — 1940-cı illər • 1950-ci illər |
Əsrlər |
XIX əsr — XX əsr — XXI əsr |
1939 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1939 MCMXXXIX |
Yuli təqvimi | 1939 |
Yuli təqvimi bizans erasında | 7447-7448 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2691-2692 (21 aprel) |
Avropa təqvimi | 5699-5700 ה'תרצ"ט - ה'ת"ש |
Hicri təqvim | 1358-1359 |
Erməni təqvimi | 4431-4432 (11 avqust) ՌՋԼԹ |
Çin təqvimi | 4635-4636 戊寅 - 己卯 sarı pələng - sarı dovşan |
Efiopiya təqvimi | 1931 - 1932 |
Hind təqvimi | |
- Vikram-samvat | 1995-1996 |
- Şaka sambat | 1861—1862 |
- Kali-yuqa | 5040-5041 |
İran təqvimi | 1317-1318 |
Buddist təqvimi | 2482 |
Holosen təqvimi | 11939 |
Yapon xronologiyası | 14 Syova erası |
Fransız inqilabı təqvimi | 147—148 |
Çuçxe təqvimi | 28-ci çuçxe ili |
Minqo təqvimi | 28-ci Tayvan ili |
Hadisələr
[redaktə | mənbəni redaktə et]- 13 yanvar - Macarıstanın Antikomintern paktına qoşulması.
- 26 yanvar:
- İspaniya pespublikaçılarının Barselonanı tərk etmələri.
- Vaşinqtonda fizika nəzəriyyəsinə dair konfransda Nils Bor tərəfindən uranın bölünməsinin kəşf olunduğunun elan edilməsi.
- 2 fevral - SSRİ-nin Macarıstanla diplomatik əlaqələri kəsməsi.
- 14 mart - Slovakiya seymi tərəfindən müstəqil Slovakiya dövlətinin yaradıldığının elan edilməsi.
- 23 mart - Rumıniya ilə Almaniya arasında iqtisadi sazişin imzalanması.
- 11 aprel - Macarıstanın Millətlər Cəmiyyətindən çıxması.
- 22 may - Almaniya və İtaliya arasında "Dəmir Paktı"nın imzalanması.
- 23 avqust — Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında sazişin imzalanması.
- 1 sentyabr – Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması.
- 3 sentyabr - İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi.
- 5 sentyabr — ABŞ-nin və Yaponiyanın Avropa müharibəsində öz neytrallığını elan etmələri.
- 6 sentyabr - Fransada "Hərbi vəziyyətə uyğun olaraq istehsalın qurulması haqqında" dekret verilməsi.
- 17 sentyabr
- Sovet qoşunlarının Polşaya daxil olması.
- Qərbi Ukraynanın və Qərbi Belorusiyanın SSRİ-yə qatılması.
- 23 sentyabr - SSRİ ilə Macarıstan arasında diplomatik əlaqələrin bərpa edilməsi
- 28 sentyabr
- 19 oktyabr - Türkiyə, İngiltərə və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilənin imzalanması.
- 18 noyabr - Fransada " şübhəlilər haqqında" dekret verilməsi
- 30 noyabr — SSRİ-nin Finlandiyaya müharibə elan etməsi. "Qış müharibəsi" adını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam etmişdir.
- 12 dekabr - SSRİ-Finlandiya müharibəsi (Qış müharibəsi) dövründə baş vermiş Tolvayarvi döyüşündə finlərin qalib gəlməsi.
- 14 dekabr - Finlandiyaya hücum etdiyinə görə SSRİ-nin Millətlər Cəmiyyətindən qovulması.
- Televiziyanın ötürücü turubkasının ixtira edilməsi.
- "Lənkəran rayonunda meşə qoruğunun təşkili haqqında" Azərbaycan SSR XKS tərəfindən qərar qəbul edilməsi.
- Azərbaycanda ilk hərbi məktəbin yaradılması
Doğumlar
[redaktə | mənbəni redaktə et]- 1 yanvar — Xudu İbrahimoğlu – Azərbaycan ziyalısı, şair, filoloq, jurnalist, mütəfəkkir.
- 4 fevral — Tariyel Qasımov – Azərbaycan aktyoru.
- 5 fevral — Rüstəm İbrahimbəyov – yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar artisti.
- 10 fevral — Yaqub Mahmudov – tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.
- 24 iyun — Səməd Behrəngi – İran yazıçısı və sosialist siyasi xadimi.
- 9 iyul — Firuz Xudaverdiyev – Azərbaycan teatr və kino aktyoru.
- 10 iyul — Ahmet Taner Kışlalı
- 14 sentyabr — Aslan Qəhrəmanlı – yazıçı, dramaturq, şair, fizika-riyaziyyat elmləri namizədi, dosent.
- Həqiqət Cavadova
Vəfatlar
[redaktə | mənbəni redaktə et]- Əhməd Ağaoğlu – ictimai xadim, jurnalist, pedaqoq və yazıçı.
- Mikayıl Müşfiq — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).
- Karl Lindeman