Sosialist Əməyi Qəhrəmanı — Vikipediya
Sosialist Əməyi Qəhrəmanı | |
---|---|
Герой Социалистического Труда | |
| |
Ölkə | SSRİ |
Tip | fəxri ad, SSRİ-nin ən yüksək mükafatları |
Statistika | |
Təsis tarixi | 27 dekabr 1938 |
İlk təltif | |
Son təltif | |
Təltif sayı | 20.613 |
Ardıcıllıq | |
Yüksək mükafat | Sovet İttifaqı Qəhrəmanı |
Aşağı mükafat | Qəhrəman ana |
Vikianbarda əlaqəli mediafayllar |
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad.
Mükafatın tarixçəsi
[redaktə | mənbəni redaktə et]Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi.
SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır.
Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.