Azərbaycan kürdləri — Vikipediya

Kürd süvarilər Qafqaz dağlarının aşırımlarında. 24 yanvar 1915

Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. Kürdlər X–XI əsrlərdə Şəddadilər sülaləsinin qurulması ilə Qafqazda ortaya çıxdılar.[1] XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Erkən tarix[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki,[2][3] burada kürdlərin yaşadığı məhəllə yerləşirdi.[4] İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur.[5]

Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər.[6] Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar.[7] XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu.[8] XIX əsr rus tarixçisi Peter Budkov 1728-ci ildə Muğan düzündə yarı köçəri heyvandarlıqla məşğul olan kürd və şahsevən qruplarının Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiklərini qeyd etdi.[9]

1807-ci ildə, Cənubi Qafqaz uğrunda Rusiya-İran müharibəsi dövründə Mehmed Sefi Sultan adlı bir tayfa başçısı İrandan Qarabağ xanlığına köçdü və ardınca 600 kürd ailəsi gəldi. XIX əsrin ikinci yarısına qədər Zəngəzur, CavanşirCəbrayıl qəzalarında çoxlu sayda kürd mövcud idi.[6] 1886-cı ildə onlar Yelizavetpol quberniyasının əhalisinin 4,68%-ni təşkil edirdi.[10] Naxçıvan, Şərur-Dərələyəz və Ərəş qəzalarında da az miqdarda kürd yaşamışdır.[11] Kürdlərin İrandan və az sayda Osmanlı imperiyasından indiki Azərbaycanın dağlıq bölgələrinə kütləvi köçü Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 1920-ci ilə qədər, XIX əsrdə və XX əsrin əvvəllərində davam etdi. Cənubi Qafqazın kürd əhalisi daxili mühacirətə meylli idi. 1920-ci illərdə Azərbaycandan olan bir sıra kürdlər Ermənistana, əsasən azərbaycanlıların yaşadığı bölgələrə[6] köçdülər. Bu Azərbaycanın kürd əhalisinin sayının xeyli azalmasına səbəb oldu.[12]

Ortaq din (kürdlərin əksəriyyətindən fərqli olaraq, azərbaycan kürdləri əksər azərbaycanlılar kimi şiə müsəlmanlarıdır) və ortaq mədəniyyət elementləri, XIX əsrin sonlarında Azərbaycanın kürd əhalisinin sürətlə assimilyasiyasına səbəb oldu. 1886-cı ilin statistik məlumatları göstərir ki, Cəbrayıl, Ərəş və qismən Cavanşir kürdləri ana dili olaraq azərbaycan dilində danışırdılar. 1926-cı ilin ilk Sovet siyahıyaalınmasına görə, Azərbaycanın kürd əhalisindən (37.200 nəfər) yalnız 3100 nəfər (8.3%-i) kürd dilində danışırdı.[11]

Yaxşı inteqrasiya olunmuş olan kürdlər 1918–1920-ci illərdə qısa müddətdə müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində təmsil olunmuşdular. Onların arasında təhsil və dini işlər naziri olmuş Nurməmməd bəy Şahsuvarov və hərbiyyə naziri, Qarabağ və Zəngəzur general-qubernatoru Xosrov bəy Sultanov var.[13]

Qızıl Kürdüstan[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Qızıl Kürdüstan

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü ildə Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisində Qırmızı Kürdüstan kimi tanınan bir inzibati vahid yaratdı. Paytaxtı Laçın şəhəri seçildi.[14] 1926-cı il siyahıyaalınmasına əsasən, əhalinin 73%-i kürd, 26%-i isə azərbaycanlı idi.[15] İnzibati vahid 1930-cu ildə ləğv edildi və qalan kürdlərin əksəriyyəti azərbaycanlı olaraq siyahıya alındı.[16] 1930-cu illərdə Ağcakənddə ənənəvi Kürd Kukla Teatrı "kilim arasi" və Laçında Kürd Pedaqoji Kolleci hələ də fəaliyyət göstərirdi.[6] Sovet hakimiyyəti 1937-ci ildə Azərbaycandakı və Ermənistandakı kürdlərin böyük hissəsini Qazaxıstana, 1944-cü ildə isə Gürcüstan kürdlərini deportasiya etdi.[17] 1961-ci ildən başlayaraq, Bakıda yaşayan Mehmet Babayevin başçılıq etdiyi deportasiya olunanların hüquqlarının bərpası üçün bir sıra cəhdlər var idi.[18] Kürdlər qonşu azərbaycanlıların dominant mədəniyyətinə assimilyasiya olmağa davam etdilər.[19] Tarixən qarışıq olan azərbaycanlı-kürd evlilikləri adi hal idi; lakin belə evliliklərlə dünyaya gələn uşaqlara kürd dili nadir hallarda ötürülürdü.[11]

Birinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Ermənistanla Azərbaycan arasındakı Birinci Dağlıq Qarabağ müharibəsi, Dağlıq Qarabağ bölgəsi boyunca hər iki ölkədəki kürdlərin məskunlaşdığı ərazilərdə baş verdi. Müharibə başlayan ilk günlərdən kürdlər də azərbaycanlılarla yanaşı döyüşmüşdür.[20] 1980-ci illərin sonlarında Ermənistandan Azərbaycana 18000 kürd getdi. 1992–1993-cü illərdə erməni qoşunları Kəlbəcərə, Laçına, Qubadlıya və Zəngilana doğru irəliləyərək qeyri-erməni dinc əhalini köçməyə məcbur etdi. Həmin bölgələrin kürd əhalisinin 80%-i Ağcabədidəki məcburi köçkün düşərgələrində məskunlaşdı.

2006-cı ildə Qazaxda 180 kürd ailəsi yaşayırdı. Onların çoxusu 1920-ci ildə Ermənistandan köç etmişdir. Kürdlər yaşayan ərazi şəhərdə "Kürdlər məhəlləsi" adı ilə tanınır.[20]

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

1926[21] 1939[22] 1959[23] 1970[24] 1979[25] 1989[26] 1999[27] 2009[28]
41,193 6005 1487 5488 5676 12,226 13,100 6100

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Yilmaz, Harun. "The Rise of Red Kurdistan". Iranian Studies. 47 (5). 2014: 801–802. doi:10.1080/00210862.2014.934153.
  2. Minorsky, Vladimir. "Studies in Caucasian history". Cambridge oriental series (ingilis). Cambridge University Press (6). 1977: 18.
  3. Azərbaycan tarixi. Yeddi cilddə (az.). II cild publisher=Elm. 2007. səh. 173. (#missing_pipe)
  4. Le Strange, Guy. The Lands of the Eastern Caliphate (ingilis). 1905. səh. 12.
  5. Bois, Th.; Minorsky, V.; Bois, Th.; Bois, Th.; MacKenzie, D.N.; Bois, Th. "Kurds, Kurdistan." Encyclopaedia of Islam. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2007.
  6. 6,0 6,1 6,2 6,3 Аристова Т.Ф. Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. — М., 1962. — № № 2.
  7. Шнирельман, В. А. Войны памяти : мифы, идентичность и политика в Закавказье. Moskva: Академкнига. ISBN 5-94628-118-6. (#missing_name)
  8. Павлович, Петрушевский, Илья. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв (rus) (1949). Leninqrad. 1949. 135–136. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021. (#redundant_parameters)
  9. Левиатов Вадим Николаевич. Очерки из истории Азербайджана в XVIII веке (PDF). Bakı. 1948. səh. 91. 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 avqust 2021.
  10. Елизаветпольская губерния  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  11. 11,0 11,1 11,2 Н. Г. Волкова, Этнические процессы в Закавказье в XIX–XX вв., "Кавказский этнографический сборник", IV, М., 1969.
  12. G.K. Hall; Friedrich, Paul. Encyclopedia of World Cultures (ingilis). Boston: Yale University Press. 1991. ISBN 978-0-8161-1810-6. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  13. Аламдар Шахвердиев Азербайджанские курды (рус.) // Международный Азербайджанский Журнал IRS-Наследие. — С. 40–41.
  14. Kreyenbroek, Philip G.; Sperl, Stefan. The Kurds: a contemporary overview (ingilis). London: Routledge. 1992. ISBN 978-0-415-07265-6. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  15. "Курдистанский уезд 1926" (rus). 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021.
  16. De Waal, Thomas. Black garden : Armenia and Azerbaijan through peace and war (PDF). New York. səh. 159. ISBN 0-8147-1945-7. 2022-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-31.
  17. "ПАРТИЗАНЫ НА ПОВОДКЕ". www.hist.ru (rus). 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  18. "Kurdistana Sor-KIZIL Kürdistan". Scribd (ingilis). 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  19. David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, pp. 490-492. ISBN 9781850434160
  20. 20,0 20,1 Qərib, Ramiz. "Kürd xalqı hər zaman öz sözünü demişdir". Diplomat (az.). 26 (1). fevral 2006. səh. 4.
  21. "Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  22. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  23. "Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  24. "Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  25. "Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  26. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  27. "Этнический состав Азербайджана (по переписи 1999 года)publisher="Демоскоп"". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  28. "Ethnic composition of Azerbaijan: 2009 census". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.