Əli Babayev (dövlət xadimi) — Vikipediya

Əli Babayev
bayraq
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 iyun 1994 – 25 iyul 2001
ƏvvəlkiValeh Səfiyev
SonrakıƏlibala Məmmədov
bayraq
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini
bayraq2
1991 – 1992
İcra başçısıSabir Xammədov
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Vəfat tarixi 5 iyun 2022(2022-06-05)
Vəfat səbəbi insult
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Əli Bədir oğlu Babayev (1957, Puşkin5 iyun 2022) — Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Bədir oğlu Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Biləsuvar 19 nömrəli SMD-də çilingər kimi başlamışdır. Daha sonra, 1980–1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində çalışmışdır.[1]

Əli Babayev 1987-ci ildən "Türkmənistan", 1990-cı ildən isə "Səməd Vurğun" adına kolxozların sədri, 1993–1994-cü ildə "Şəfəq" kolxozunun sədri işləyib. O, 2002-ci ildən ölümünədək "Biləsuvar-Quşçuluq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşımışdır.[1]

2022-ci ilin iyun ayında Biləsuvar Rayon Ağsaqqallar Şurasının iclasından sonra insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, 5 iyun 2022-ci il tarixində ölmüşdür.[2]

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əli Babayev 1981–1985-ci illərdə Rayon Komsomol Komitəsində məsul vəzifələrdə, 1985-ci ildən isə Rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.[1]

Əli Babayev 1991–1992-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 iyun 1994-cü il tarixli 166 nömrəli fərmanı ilə Əli Babayev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[3] O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli 997 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[4]

Əli Babayev 2021-ci ilin may ayından Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşımağa başlamışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  2. "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  3. "Arxivlənmiş surət". 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  4. "Arxivlənmiş surət". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.