Nəsir Bakuvi — Vikipediya
Nəsir Bakuvi | |
---|---|
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | XIV əsr |
Fəaliyyəti | şair |
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar.
Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir.
11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Babayev Y. M. XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yоlu. Bakı: "Elm və təhsil" NPM, 2009, 256 s.