Cəfərqulu xan Cavanşir — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Cəfərqulu xan Cavanşir | |
---|---|
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşları | Əcaibnisə xanım Tuni bəy qızı, Yetər xanım Hüseynqulu bəy qızı |
Uşaqları | Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa |
Atası | Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir |
Fəaliyyəti | şair |
Mükafatları | |
Cəfərqulu xan Cavanşir Vikimənbədə |
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi.
Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.[1]
Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.
Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə gorgahları İmarətdə dəfn edilib.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə dünya evinə girmişdi. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.
Cəfərqulu xan şair kimi
[redaktə | mənbəni redaktə et]Cəfərqulu xan şair idi. Nəva təxəllüsü ilə ruhoxşar şeirlər yazırdı.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том VII, стр.: 53 (Mirzə Fətəli Axundovun söhbətlərindən)". 2016-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12. (#redundant_parameters); (#redundant_parameters)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003
- Ənvər Çingizoğlu, Cəfərqulu xan Sarıcalı-Cavanşir, Bakı: Mütərcim, 2011,-72 səh.