Məmməd Araz — Vikipediya

Məmməd Araz
Məmməd İnfil oğlu İbrahimov
Doğum adı Məmməd İbrahimov
Təxəllüsü Araz
Doğum tarixi 14 oktyabr 1933(1933-10-14)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 2004(2004-12-01) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Gülxanım Məlikməmmədova
Uşağı
Atası İnfil İbrahimov
Təhsili
Fəaliyyəti Şair
Əsərlərinin dili Azərbaycanca
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1979"Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 1991Azərbaycan SSR Dövlət mükafatı — 1988
"İstiqlal" ordeni — 1995
memmedaraz.az

Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən[1] AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Arazın Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur .

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Məmməd Arazın xatirə lövhəsi (Bakı)

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
  • Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
  • Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
  • Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
  • Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
  • Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
  • İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
  • Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
  • Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
  • Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
  • Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
  • Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
  • Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
  • Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986
  • Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, 81 səh.
  • Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
  • Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994
  • Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997, 318 səh.
  • Sənətdə son mənzil olmur. Bakı: "Adiloğlu" nəşriyyatı, 2001, 440 səh.
  • Ağlayan qayalar. Bakı: "Araz" nəşriyyatı, 2002, 144 səh.
  • Vətən deyin. Bakı: "Adiloğlu" nəşriyyatı, 2003, 149 səh.
  • Əsgər andı. Bakı: "Araz" nəşriyyatı, 2003, 98 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 337 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: "Ozan nəşriyyatı, 2003, 360 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 376 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 365 səh.

Tərcümələri[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  • S. V. Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
  • G. Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
  • M. Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
  • N. A. Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
  • Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.[6]

27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.[7]

2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmiş Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1991-ci il tarixli, 486 nömrəli Fərmanı Arxivləşdirilib 2021-08-19 at the Wayback Machine  (az.)
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  3. Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. ""Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 iyun 1992-ci il tarixli, 826 nömrəli Fərmanı Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine  (az.)
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  6. "Arxivlənmiş surət". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-09.
  7. ""Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2013-cü il tarixli Sərəncamı". president.az (az.). 27.03.2019. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]