Hüseyn Arif — Vikipediya

Hüseyn Arif
19 mart 1984 – 14 sentyabr 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıMəcnun Göyçəli
Şəxsi məlumatlar
Doğum adı Hüseyn Camal oğlu Hüseynzadə
Doğum tarixi 15 iyun 1924(1924-06-15)
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1992(1992-09-14) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Həyat yoldaşı Məleykə Hüseynzadə
Uşaqları Arif, Zöhrə, Səhər

Təltifləri "Azərbaycan SSR xalq şairi" fəxri adı — 1989 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 Azərbaycan SSR Dövlət mükafatı — 1978
2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).

Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Hüseyn Arifin xatirə lövhəsi

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
  2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
  3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
  4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
  5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
  6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
  7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
  8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh
  9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
  10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
  11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
  12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
  13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
  14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
  15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
  16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
  19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
  20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
  21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
  22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
  23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
  24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
  25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • Aşıq Alını axtarıram. "Elm və həyat" jurnalı, Bakı, 1968, № 2, səh.12.
  • Aşıq Alı. "Azərbaycan" jurnalı, Bakı şəhəri, 1969, № 9, səh.199–203.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Mən Hüseyn Arifəm… (film, 2010)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]