Çingiz Abdullayev

Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev
Cingiz abdullayev.jpg
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti müəllif, yazıçı, ssenarist, hüquqşünas, ictimai xadim, nasir, publisist
Əsərlərinin dili Azərbaycanca
Rusca
Janr Detektiv
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni — 2009 "Dostluq" ordeni (Rusiya) — 2020"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 2005
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi(müavini), hüquq elmləri doktoru (1991); "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2]. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, AsiyaAvropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990)[2].

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.[3] Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur[4].Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.[5]

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.[6]

31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır[7]. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) ilə başlamışdır [8]. Yazıçının ilk böyük əsəri - "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya - "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" [7] nəşr olundu.

Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb[2].

Əsərlərin xaricdə nəşri[redaktə | mənbəni redaktə et]

Avropa[redaktə | mənbəni redaktə et]

Cənubi Amerika[redaktə | mənbəni redaktə et]

Asiya[redaktə | mənbəni redaktə et]

Ad və mükafatlar[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Əsər müəllifi kimi

  1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
  2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
  2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
  3. Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
  4. Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

Məsləhətçi kimi

  1. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

Prodüser kimi

  1. Adın sirri və tale. Qurban Səid (film, 2010)

Əsərləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Çingiz Abdullayev: Məni istəməsələr, "Neftçi"də qalmayacam. apasport.az, 31.03.2015  (az.)
  2. 1 2 3 Xalq yazıçısı Çingiz Abdullayev - 60. AMEA Mərkəzi Elmi Kitabxanasanın rəsmi saytı (08.04.2019).
  3. "Çingiz Abdullayev: "MTN-in təklifindən imtina etdim"". 2016-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
  4. "Çingiz Abdullayev: "30 ildir bir qadınla yaşayıram"". Kulis.az (az.). 15 mart 2018. İstifadə tarixi: 18 iyul 2022.
  5. Çingiz Abdullayevə "Şöhrət" ordeni verildi
  6. Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu[ölü keçid]. sabahinfo.az, 10.11.2014.  (az.)
  7. 1 2 Аббасова У. В. Жанр политического детектива в творчестве Чингиза Абдуллаева. — РЕМА. Московский педагогический государственный университет, 2010 № 4. — С. 5—9.
  8. Самира Мир-Багирова. Детективный жанр в азербайджанской литературе в контексте мировой литературы. — Баку: BSU, 2002.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Vikianbarda Çingiz Abdullayev ilə əlaqəli mediafayllar var.

Vikisitatda Çingiz Abdullayev ilə əlaqəli sitatlar var.