TED — Vikipediya

TED
Loqonun şəkli
Yaranma tarixi 23 fevral 1984
Mərkəzi
Üzvləri Qvinn Şotvell
ted.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik ŞmidtVikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.

Kurator Kris Anderson

Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur.

Tarix[redaktə | mənbəni redaktə et]

Cimmi Ueyls "The birth of Wikipedia" TEDGlobal2015[1]

Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur.

1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation[2]"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur.

TED Talks[redaktə | mənbəni redaktə et]

TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır.

iPhoneAndroid qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.

Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır. TED Open Translation Project layihə çərçivəsində 8000-dən çox könüllü çıxışları bir neçə dillərə tərcümə edir.

TED Prize[redaktə | mənbəni redaktə et]

TED Prize[3][4]- 2005-ci ildən tərtib olunan TED mükafatıdır.İlk vaxtlar hər il "dünyanı dəyişmək arzusu"-na (wish to change the world[5])

100 000 $-lıq 3 mükafat verilirdi.2010-cu ildən başlayaraq isə yalnız bir mükafat təqdim olunur.

  • 2005-ci il- BONO, Edvard Burtinskiy, Robert Fischell
  • 2006-cı il- Larry Brilliant, Jehane Noujaim, Cameron Sinclair
  • 2007-ci il- Bill Klinton, Edvard Vilson, Ceyms Naxtvey
  • 2008-ci il- Neil Turok, Dave Eggers, Karen Armstronq
  • 2009-cu il- Sylvia Earle, Jill Tarter, José Antonio Abreu
  • 2010-cu il- Ceyms Trevor Oliver
  • 2011-ci il- JR
  • 2012-ci il- City 2.0
  • 2013-cü il- Sugata Mitra
  • 2014-cü il- Charmian Gooch
  • 2015-ci il- David Isay
  • 2016-cı il- Sarah Parcak

TEDx[redaktə | mənbəni redaktə et]

TEDx TED layihəsi olaraq,fərqli insanlara və ya kollektivlərə müxtəlif ölkələrdə,şəhərlərdə,universitetlərdə müstəqil TED tipli konfranslar təşkil etməyə icazə verir.TEDx,TED lisenziyası əsasında təşkil olunur.

Azərbaycanda TEDx ilk dəfə olaraq 2010-cu ildən etibarən keçirilməyə başlanmışdır (TEDxBakı[6]).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  2. "Arxivlənmiş surət". 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  3. "Arxivlənmiş surət". 2013-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  4. "Arxivlənmiş surət". 2016-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  5. TED 2008 / Day 2: Dave Eggers and Tutoring, Neil Turok and the next African Einstein, Karen Armstrong and the Charter for Compassion Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine 
  6. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]