Xəyyam Mirzəzadə — Vikipediya

Xəyyam Mirzəzadə
Xəyyam Hadı oğlu Mirzəzadə
Ümumi məlumatlar
Doğum tarixi 5 oktyabr 1935(1935-10-05)
Doğum yeri
Vəfat tarixi 30 iyul 2018(2018-07-30) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1950–2018
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1986 Azərbaycan LKGİ mükafatı — 1970 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Şərəf" ordeni — 2010 "Şöhrət" ordeni — 2000

Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.[4]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Baletləri[redaktə | mənbəni redaktə et]

Kamera orkestri üçün[redaktə | mənbəni redaktə et]

  • Musiqi (1964)
  • Üç xoreoqrafik şəkil (1969)

Simfonik orkestr üçün[redaktə | mənbəni redaktə et]

  • I Simfoniya (1957)
  • II Simfoniya (Triptix, 1970)
  • Kiçik lirik süita (1963)
  • Oçerklər-63 simfonik poema (1963)
  • "Muğan çöllərində" süitası (1967)

Xor, solist və simfonik orkestr üçün[redaktə | mənbəni redaktə et]

  • "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
  • Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə

Ağac nəfəs alətləri üçün[redaktə | mənbəni redaktə et]

  • Sekstet (1962)

Mis nəfəs alətləri üçün[redaktə | mənbəni redaktə et]

  • Kvartet (1970)

Simli kvartet üçün[redaktə | mənbəni redaktə et]

  • I Kvartet (1956)
  • II Kvartet (1961)
  • Dörd miniatür (1958)
  • Noraşen rəqsləri (1972)

Violin və fortepiano üçün[redaktə | mənbəni redaktə et]

  • Sonatina (1950)
  • Poema vä sketso (1952)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine sayt Musiqi Dünyası Arxivləşdirilib 2014-06-25 at the Wayback Machine
  2. "LentAz Xəyyam Mirzəzadə: "Azərbaycan bəstəkarlıq məktəbi yoxdur"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  3. "Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib" (Azerbaijani). xezerxeber.az. 30 İyul 2018. İstifadə tarixi: 30 İyul 2018.
  4. Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76–78.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  6. "X.H.Mirzəzadənin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2 oktyabr 2015. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]