Nazirlər Kabineti (Azərbaycan) — Vikipediya

Nazirlər Kabineti
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 7 fevral 1991
Əvvəlki qurum Azərbaycan SSR Nazirlər Soveti
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Səbail rayonu, M.Lermontov 68
Rəhbərlik
Baş nazir Əli Əsədov
Baş nazirin birinci müavini Yaqub Eyyubov
Baş nazirin müavinləri Əli Əhmədov
Şahin Mustafayev
Rəsmi saytı cabmin.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.

Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

Tarixi

Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.

1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.

Nazirlər Kabinetinin statusu

Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.

  • I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycanın Nazirlər Kabinetini yaradır.
  • II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
  • III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
  • IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.
Azərbaycan Konstitusiyasının 114-cü maddəsi

Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.

  • Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Azərbaycan Konstitusiyasının 115-ci maddəsi

Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətləri haqqındadır.

  • Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Prezidentinə təqdim edir;
  • Azərbaycan dövlət büdcəsinin icrasını təmin edir;
  • maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin edir;
  • dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
  • dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
  • nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
  • Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Azərbaycan Konstitusiyasının 119-cu maddəsi

Nazirlər Kabinetinin üzvləri

border=none Əsas məqalə: IX Azərbaycan hökuməti
Vəzifə
Vəzifəli
Partiya
Vəzifədədir
Baş nazir və müavinləri
Azərbaycanın Baş naziri Əli Əsədov Yeni Azərbaycan Partiyası 08.10.2019
Baş nazirin birinci müavini Yaqub Eyyubov 14.02.2003
Baş nazirin müavini Əli Əhmədov 22.10.2013
Baş nazirin müavini Şahin Mustafayev 22.10.2019
Nazirlər
Daxili İşlər Nazirliyi Vilayət Eyvazov Bitərəf 20.06.2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Muxtar Babayev Yeni Azərbaycan Partiyası 24.04.2018
Energetika Nazirliyi Pərviz Şahbazov Bitərəf 12.10.2017
Fövqəladə Hallar Nazirliyi Kəmaləddin Heydərov 06.02.2006
Ədliyyə Nazirliyi Fərid Əhmədov 27.02.2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sahil Babayev Yeni Azərbaycan Partiyası 22.04.2018
Gənclər və İdman Nazirliyi Fərid Qayıbov Bitərəf 07.09.2021
İqtisadiyyat Nazirliyi Mikayıl Cabbarov 24.10.2019
Kənd Təsərrüfatı Nazirliyi Məcnun Məmmədov 14.04.2023
Maliyyə Nazirliyi Samir Şərifov 18.04.2006
Mədəniyyət Nazirliyi Adil Kərimli 14.04.2023
Müdafiə Nazirliyi Zakir Həsənov 22.10.2013
Müdafiə Sənayesi Nazirliyi Mədət Quliyev 20.06.2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev 11.10.2021
Səhiyyə Nazirliyi Teymur Musayev 19.01.2022
Elm və Təhsil Nazirliyi Emin Əmrullayev 27.07.2020
Xarici İşlər Nazirliyi Ceyhun Bayramov 16.07.2020
Komitələrin sədrləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bahar Muradova Yeni Azərbaycan Partiyası 11.03.2020
Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov Bitərəf 24.04.2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Səyyad Aran (i. e.) Yeni Azərbaycan Partiyası 16.02.2024
Dövlət Gömrük Komitəsi Şahin Bağırov Bitərəf 14.02.2023
Dövlət Statistika Komitəsi Tahir Budaqov Yeni Azərbaycan Partiyası 14.08.2015
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Anar Quliyev Bitərəf 08.01.2020
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Rövşən Rzayev 22.04.2018
Xidmətlərin rəisləri
Dövlət Miqrasiya Xidməti Vüsal Hüseynov Yeni Azərbaycan Partiyası 24.04.2018
Dövlət Sərhəd Xidməti Elçin Quliyev Bitərəf 31.07.2002
Dövlət Təhlükəsizliyi Xidməti Əli Nağıyev 20.06.2019
Xarici Kəşfiyyat Xidməti Orxan Sultanov 14.12.2015
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mürsəl İbrahimov 17.04.2023
Agentliyin sədrləri
Dövlət Turizm Agentliyi Fuad Nağıyev Bitərəf 24.04.2018
Qida Təhlükəsizliyi Agentliyi Qoşqar Təhməzli 24.04.2018

Tabe qurumlar

Dövlət Tərcümə Mərkəzi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda müxtəlif sahələrdə tərcümə işini mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparan dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır[1].

Terminologiya Komissiyası

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər