Hümayun — Vikipediya

HümayunAzərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri [1], 2) yeddi əsas muğam dəstgahlardan biri [2]. Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir.

Söz açımı[redaktə | mənbəni redaktə et]

"Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi.

Humayun muğam dəstgahı kimi[redaktə | mənbəni redaktə et]

Humayun muğamı Azərbaycan musiqisində[redaktə | mənbəni redaktə et]

Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır.

Bu muğam hümayun, feili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən ibarət dəstgahdır. Humayun dəstgahının şöbə və guşələrindən söz açarkən hər şeydən əvvəl onu demək lazımdır ki, başqa muğam dəstgahlarından fərqlənərək Humayunda "Bərdaşt" olmur.

Hazırda 7 hissələri tədris olunur ki bunlar da Bərdaş, Maye, Feili, Mövləvi, Tərkibi, Bidad, Kiçik məsnəvi (Sh,ela,bj).

Humayun muğamının not yazıları[redaktə | mənbəni redaktə et]

“Hümayun” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), A.Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır. Bu muğam əsasında bəstəkarlar müxtəlif janrlı əsərlər, o cümlədən, Tofiq Bakıxanov “Hümayun” simfonik muğamını yaratmışdır.[3]

Humayun muğamı İran musiqisində[redaktə | mənbəni redaktə et]

Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir.[4]. Çəkavək, bəxtiyari, moalif, Leyli və Məcnun, tərz, bidad, ney-Davud, guşeyi-çahargah, məvaliyan, əbül-çəp, bavi, suzi-güdaz, mureh, nəfir (nəfir-fərəng), şüştəri, camədəran, üşşaq, üzzal, zabol, bayatı-əcəm, bəhr-nur, şahnaz, dənasəri, mənsuri, Məsnəvi şöbələrindən ibarət dəstgahdır.

Humayun muğamı Türkiyə musiqisində[redaktə | mənbəni redaktə et]

Humayun musiqi ladı (məqamı) kimi[redaktə | mənbəni redaktə et]

Humayun səssırasının iki növü göstərilir:

  • I növün səssırası 1/2- 1 1/2-1/2 ton formullu iki tetraxordun böyük tersiya (orta ton vasitəsi ilə) birləşməsindən əmələ gəlir, səssırası 9 pillədən ibarətdir; IV və VII pillələr məqamın mayəsi hesab olunur (Ü. Hacıbəyov).
  • II növün quruluşu: 1/2-1- 1/2 ton formullu iki tetraxordun yanaşı üsulla (artırılmış sekunda vasitəsi ilə) birləşməsindən əmələ gəlir. Səssırası 8 pillədən ibarətdir: II pillə məqamın mayəsi, IV pillə kadensiyalar üçün səciyyəvi tondur (M. S. İsmayılov). Hümayun məqamının I növünün səssırası (do mayəli hümayun).[5]

Humayun məqamında bəstələr[redaktə | mənbəni redaktə et]

Qaynaqlar[redaktə | mənbəni redaktə et]

  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Melodik ladlar". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  2. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Humayun
  3. "Muğam Ensiklopediyası - Humayun muğamının not yazıları". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  4. "Encyclopedia Iranica - Iran. Music". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
  5. "Muğam Ensiklopediyası - Humayun məqamı". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
  6. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Humayun". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Nəriman Məmmədov. Azərbaycan muğamları “Çargah” və “Hümayun”. Bakı, 1962.
  • Arif Əsədullayev. - Hümayun. İnstrumental muğam dəstgahı. (Nota salınmışdır, metodik vəsait) Bakı, Adiloğlu, 2002.
  • Arif Əsədullayev. - “Bayatı-Şiraz” və “Hümayun”. Bakı, 2003.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]