Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu — Vikipediya

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
(BMTB ETİ)
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi Elmi-Tədqiqat İnstitutu
Yaradılıb 17 aprel 2015
Digər məlumatlar
Direktor İbrahim Cəfərov
İşçi sayı 103
Ünvan AZ 2002 Azərbaycan Respublikası, Gəncə şəhəri, Əziz Əliyev 91
Telefon (+99422) 268 47 94
Sayt bmtbeti.az

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.[2]

Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır.

Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır.

BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s. zərərvericilərə qarşı Feromon tələlər və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanır və bu istiqamətdə işlər davam etdirilir. Fitopotologiya laboratoriyasında müxtəlif bitkilərdən 9 adda fitonsidlər hazırlanır və kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı fitonsidlərlə tədqiqat işi aparılır.

İnstitutda pambıq, taxıl, kartof, üzüm, meyvə və tərəvəz bitkilərinin zərərli orqanizmilərinə qarşı inteqrir mübarizə tədbirləri sistemi işlənib hazırlanır. Bukletlər, kitabçalar nəşr edilərək pulsuz fermerlərə paylanılır. Mütamadi olaraq maarifləndirici təlimlər, seminarlar və konfranslar keçirilir.

Birgə tədqiqatların aparılması və kadr hazırlığı sahələrində "Beynəlxalq Atom Enerjisi Agentliyi" (Vyana, Avstriya), "Türkiyə Pambıq Araşdırma İnstitutu" (Nazilli), "Pakistan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu" və "Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutu" (İslamabad), "China Xinjiang Xishengnong Import & Export Trade Co. Ltd" (Çin), Türkiyə və Yunanıstan - "BİOSAGROSYSTEMS S. A". (Yunanıstan), "Ümumrusiya Bitkiləri Mühafizə İnstitutu", Moldovanın "Genetika, Fiziologiya və Bitki Mühafizə İnstitutu" ilə əməkdaşlıq edilir.

İnstitutda 175 nəfər əməkdaş çalışır. İnstitutda Abşeron, Xaçmaz, Mil, Muğan təcrübə stansiyaları, Saatlı və Ucar dayaq məntəqələri, Layihə-Axtarış-Kimyalaşdırma stansiyası fəaliyyət göstərir.

İnstitutda Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təsdiq olunmuş 21 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. BMTBETİ-də 2019-cu ildə 1 istiqamət, 2 problem, 19 mövzu və 30 elmi-tədqiqat işi yerinə yetirilmişdir. 2020-ci ildə isə institutda 1 istiqamət, 2 problem, 8 mövzu və 32 elmi-tədqiqat işi yerinə yetirilir. Elmi-tədqiqat işlərinin icrasında 84 elmi işçi, o cümlədən 18 fəlsəfə doktoru, 1 elmlər doktoru iştirak edir.[3]

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

  • Respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması;
  • Respublika ərazisində yayılmış karantin zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onların qısa və uzunmüddətli inkişaf proqnozunun hazırlanması;
  • Yüksək rəqabət qabiliyyətliyinə malik ixrac yönümlü, respublika üçün prioritet hesab edilən bitkilərin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması;
  • Bitki mühafizəsi məqsədi ilə bioloji vasitələrin istehsalı, sınağı və təsərrüfatlara tətbiqinin təşkili;
  • Respublikaya daxil olan pestisidlərin sınağı, optimal dozalarının müəyyənləşdirilməsi və tətbiq reqlamentlərinin işlənib hazırlanması;
  • Respublikanın ayrı-ayrı bölgələri üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi;
  • Texniki bitkilərin müasir becərilmə aqrotexnologiyasının işlənib hazırlanması;
  • Texniki bitkilərin (pambıq) ekoloji şəraitin stress hallarına (zərərli orqanizmlərə, quraqlığa, şoranlığa və s. qarşı davamlı) qarşı davamlı sort və hibridlərinin yaradılması və toxumçuluğunun təşkili;
  • Texniki bitkilərin becərilməsi zamanı suvarma suyuna qənaətedici texnologiyanın işlənib hazırlanması;
  • Respublika ərazisində becərilən kənd təsərrüfatı məhsullarında nitrat azotunun və zəhər qalığının müəyyənləşdirilməsi.[4]

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat işləri aparılır.

İnstitutun Texnologiya laboratoriyasında (respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır) 2019-cu il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından 64 ədəd xam pambıq standart etalonları hazırlanıb sifarişçi "Azərpambıq ASK" MMC və MKT İK MMC-yə təhvil verilmişdir. Hal-hazırda laboratoriyada etalonların hazırlanması istiqamətində işlər davam etdirilir.

İnstitutun Abşeron Təcrübə Stansiyasında Feromon tələlər — pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni zərərvericilərinə qarşı və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanmışdır və bu istiqamamətdə işlər davam etdirilir.

Fitopotologiya laboratoriyasında müxtəlif bitkilərdən 9 adda fitonsidlər hazırlanmışdır və kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı fitonsidlərlə tədqiqat işi aparılır.

İnstitutda 6 ədəd pambıq, taxıl, kartof, üzüm, meyvə və tərəvəz bitkilərinin zərərli orqanizmilərinə qarşı inteqrir mübarizə tədbirləri sistemi işlənib hazırlanmışdır.[5]

Şöbə və laboratoriyalar[redaktə | mənbəni redaktə et]

  • Xəstəlik və zərərvericilərin proqnozu laboratoriyası
  • Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyası
  • Biotexnologiya laboratoriyası
  • Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyası
  • Bioloji laboratoriya
  • Genetika və genofond laboratoriyası
  • Texnologiya laboratoriyası
  • Aqrokimya laboratoriyası
  • Entomologiya şöbəsi
  • Fitopatologiya şöbəsi
  • Texniki bitkilərin seleksiyası şöbəsi
  • Texniki bitkilərin aqrotexnikası şöbəsi
  • Texniki bitkilərin toxumçuluğu şöbəsi
  • Pilot-İstehsalat şöbəsi
  • İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və elmi nəticələrin tətbiqi şöbəsi
  • Mexanikləşdirmə şöbəsi

Dayaq məntəqələri və təcrübə stansiyaları[redaktə | mənbəni redaktə et]

  • Abşeron Təcrübə Stansiyası
  • Xaçmaz Təcrübə Stansiyası
  • Mil Təcrübə Stansiyası
  • Şirvan Təcrübə Stansiyası
  • Layihə Axtarış Kimyalaşdırma Stansiyası
  • Saatlı Dayaq Məntəqəsi
  • Ucar Dayaq Məntəqəsi

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İbrahim Cəfərov yeni vəzifəyə təyin olunub.
  2. "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında — AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  3. "Bitki Mühafizə  və  Texniki  Bitkilər  Elmi-Tədqiqat İnstitutu — HAQQINDA". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  4. "BMTB ETİFəaliyyət istiqamətləri". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  5. "BMTB ETİNailiyyətlər". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]