Həsənəli Qədimov — Vikipediya

Həsənəli Qədimov
bayraq
"Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini
bayraq2
2006 – 2015
Baş direktorQəmbər Bəybalayev
bayraq
Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
3 aprel 1995[1] – 1 avqust 2000[2]
ƏvvəlkiCavanşir Abbasov
SonrakıCümşüd Musayev
bayraq
Ağstafa Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1990 – 1991
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 25 fevral 1942(1942-02-25)
Doğum yeri
Vəfat tarixi 6 iyun 2015(2015-06-06) (73 yaşında)
Təhsili

Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995[1]-2000[2]), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015)

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur.[3]

Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır.[3]

1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur.[3] 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.[3]

1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub.

1995[1]-2000[2]-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.[3]

2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.[3]

6 iyun 2015-ci ildə vəfat edib.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]