Hacı Əmirin evi — Vikipediya

Hacı Əmirin evi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa

Hacı Əmirin eviŞuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi.

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir.[1]

Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır.[2] Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]