Yaşıl kilsə — Vikipediya

Yaşıl kilsə
erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի, Կանաչ Ժամ եկեղեցի
Yaşıl kilsə 2022-ci ildə.
Yaşıl kilsə 2022-ci ildə.
Xəritə
39°46′04″ şm. e. 46°44′40″ ş. u.
Ölkə Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa rayonu
Tikilmə tarixi 1818 və ya 1847
Vəziyyəti zərər görüb və ya tamamilə sökülüb (hərbi münaqişə zonasında yerləşir)
Yaşıl kilsə (Azərbaycan)
Yaşıl kilsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ ԺամKanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə.

Kilsə 1818-ci ildə,[1] digər mənbələrə görə 1847-ci ildə[2] inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür.[3]

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. İlk dəfə həmin vaxt erməni mənbələri kilsənin zəng qülləsinin və gümbəzinin Azərbaycan Ordusu tərəfindən dağıdıldığını iddia edib.[4]

2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edildiyini iddia etmişdir.[5][6] Azərbaycan mənbələri bunun həqiqət olmadığını və müharibə zamanı zərər görmüş kilsə binasında hal-hazırda təmir işlərinin aparıldığını və günbəzin bərpa edildiyini bəyan etmişdir.[7]

Həmçinin ermənilər Şuşanın azad edilməsindən sonra Azərbaycanın kilsəni sökərək, təmir adı ilə ruslaşdırdığını, Azərbaycan isə əksinə kilsənin əslində rus-provaslav kilsəsi olduğunu, Şuşanın işğalından sonra ermənilərin bu kilsəni erməniləşdirdiyini, dairəvi günbəzini ləğv edərək qriqoryan kilsəsinə çevirdiyini, indi isə Azərbaycanın kilsəni təmir edərək ilkin vəziyyətinə qaytarmaqda olduğunu açıqlayıb.[8]

PerdyuKornell universitetlərindən olan tədqiqatçılardan ibarət erməni müşahidə qrupu olan Qafqaz İrsi Müşahidəsi (Caucasus Heritage Watch) 2021-də regiondakı memarlıq abidələrinin vəziyyətini sənədləşdirən reyestr saytında kilsənin statusunu “zədələnmiş” kimi qeyd etmişdi. CHW 2023-cü ilin dekabrından 2024-cü ilin aprelinə qədər olan müddət ərzində Azərbaycanın kilsəni tamamilə sökdüyünü iddia edib və bununla bağlı peyk şəkilləri yayımlayıb.[9]

Şəkillər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahen Mkrtçyan, Dağlıq Qarabağın tarixi-memarlıq abidələri, İrəvan, "Hayastan", 1988–360 səh.
  2. Albert Voskanyan. Şuşanın Yaşıl kilsəsi Arxivləşdirilib 2022-02-03 at the Wayback Machine
  3. "Şuşanın xristian məbədləri – Müqəddəs İoan kilsəsi". Azad Media. 2021-02-11. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
  4. Editor, The. "REPORT: Azerbaijanis Have Destroyed The Bell Tower & Dome Of Shushi's Armenian "Kanach Zham" Church, Built In 1818". ZARTONK (ingilis). 2020-11-19. İstifadə tarixi: 2024-04-22.
  5. "Fresh Satellite Images Show Azerbaijan's Destruction Of Shushi's Kanach Zham Church". Zartonk Media. 2021-03-17. 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  6. "Azeris destroy Armenian church in Karabakh's Shushi". panorama.am. 2021-03-17. 2021-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  7. "Православному храму в Шуше возвращается первоначальный облик". Caliber.az. 2021-03-19. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  8. "Erməninin kilsə şüvənliyi". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-07.
  9. "DESTRUCTION ALERT: St. John the Baptist church, Shusha/Shushi". 2024-04-20.
  10. "Շուշիի պատմական հուշարձանները". echmiadzin.asj-oa.am. 2019-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]