Fərəməzovların evi — Vikipediya

Fərəməzovların evi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5169
KateqoriyaSaray
ƏhəmiyyətiYerliəhəmiyyətli

Fərəməzovların evi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir.

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir.[1]

Evin divarları daş və əhəng-gil məhlulu qarışığından ina edilmiş, daların arasıda həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir; birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Divar boyunca keçən sadə daş lent pəncərələrin yuxarı ¼ hissəsinə çataraq onların tağını əhatələyir və beləliklə də bir növ çərçivə xarakterini yerinə yetirir.[2]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]