Çuxur məhəllə məscidi — Vikipediya

Çuxur məhəllə məscidi
Çuxur məhəllə məscidi
Çuxur məhəllə məscidi
Xəritə
39°45′40″ şm. e. 46°45′27″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Keçmiş Əmiryan küç. Çuxurlu məhəlləsi
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti dağıdılmış vəziyyətdədir
Kriteriyai,iv,v,vi
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5068[1]
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çuxur məhəllə məscidi (Azərbaycan)
Çuxur məhəllə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çuxur məhəllə məscidiXVIII əsrdə Şuşanın Çuxur məhəllə məhəlləsində tikilmiş tarixi abidə.

Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır.[2]

Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan və ya müstəvi səpkisində işlənmiş həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri" (az.). Archived from the original on 2022-09-29. İstifadə tarixi: 5 yanvar 2022.
  2. Чингиз Каджар. Старая Шуша. 96 стр.
  3. Rayihə Əmənzadə. Azərbaycan Memarlığı XV-XIX əsrin əvvəllərində. III (1000 nüs.). Bakı: Şərq-Qərb. 2013. səh. 220. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]