Şor bulaq (Şuşa) — Vikipediya

Şor bulaq
Şuşanın işğalından öncə Şor bulağının çəkilmiş şəkili
Şuşanın işğalından öncə Şor bulağının çəkilmiş şəkili
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Axundov küçəsi
Aidiyyatı Şuşa qəzası
Tikilmə tarixi 1854
Üslubu Aran memarlıq məktəbi
Vəziyyəti Məhv olmaq üzrədir
İstinad nöm.5064
KateqoriyaMemarlıq abidələri
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şor bulaq (Azərbaycan)
Şor bulaq

Şor bulaqŞuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[2]

Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[3]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[3]

Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Şor bulağı hazırda Şuşanın Axundov küçəsində yerləşir.[5] Bulaq Bulaq 1854-cü ildə Şuşanın varlı bir şəxsi olan Rəsibala Zəkəriyyə tərəfindən çəkilibdir. Şuşada yerləşən bu bulağın suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilibdir.[6]

Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər bulaq fəaliyyət göstəribdir. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
  2. Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
  3. 1 2 Авалов, 1977. səh. 74-75
  4. Авалов, 1977. səh. 75
  5. "Şuşanın bulaqları və müalicəvi suları" (az.). Archived from the original on 2022-01-05. İstifadə tarixi: 1 yanvar 2022.
  6. "Şor bulaq Şuşa şəhəri,Axundov küçəsi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  7. ""Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar" - Şöbə müdiri". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.