Çuxur məhəllə bulağı — Vikipediya

Çuxur məhəllə bulağı
Çuxur məhəllə bulağı
39°45′42″ şm. e. 46°45′00″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Aidiyyatı Qarabağ xanlığı
Tikilmə tarixi 1791-ci il
Çuxur məhəllə bulağı (Azərbaycan)
Çuxur məhəllə bulağı

Çuxur məhəllə bulağıŞuşanın aşağı məhəllələrindən biri olan Çuxur məhəllə məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[1] Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər.

Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[2]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[2]

Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Çuxur məhəllə bulağı məhəllə məscidi ilə müqəddəs ocağın qarşısında yerləşən meydançanın üç yol ayrıcında yerləşirdi. Bulağın iki gözü var. Bulaq 1791-ci ildə inşa edilmişdir. Əldə olan məlumata görə bulaq məhəllənin varlı,tanınmış insanları tərəfindən inşa edilmişdir.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
  2. 1 2 Авалов, 1977. səh. 74-75
  3. Авалов, 1977. səh. 75
  4. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 40.