Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi — Vikipediya

Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi
Əsası qoyulub 1991
Mövzu Tarix
Ölkə
Yerləşir Azərbaycan, Şuşa
Kolleksiyası 550
Direktor Emin Ağayev

Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi1991-ci ildə Şuşada yaradılmış 1992-ci ildə isə Şuşa işğal olunduğuna görə fəaliyyətini dayandıran muzey. İşğaldan sonra muzeyin 1000-ə qədər eksponatı erməni işğalçıları tərəfindən qarət olunub. [1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi 1991-ci ilin fevral ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əmri ilə Şuşada yaradılmışdır. Muzeyin yaradılma mərhələsində 550-dək eksponat fondu formalaşdırılmış, ştat cədvəli təsdiq edilmişdir. İlkin olaraq muzey üçün Firudin bəy Köçərlinin evi ayrılmış, lakin sonralar muzey Kurort Sanatoriya Birliyinə daxil edilmiş binaların birində müvəqqəti fəaliyyət göstərmişdir. Muzeyinin ilk direktoru Emin Ağayev olub. 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin minə yaxın eksponatı məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır. İşğaldan sonra ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi mədəniyyət nümunələrı kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş etdirirlər.[2] [3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşa ölüm sükutuna qərq olub". trt.net.tr. 8 may 2019. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  2. Vüqar Tofiqli. "Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi". 1905.az. 23 sentyabr 2015. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  3. "Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi". azertag.az. 2019-10-01 tarixində orijinalından arxivləşdirilib.