Çöl qala bulağı — Vikipediya

Çöl qala bulağı
Çöl Qala bulağı və məscidi
Çöl Qala bulağı və məscidi
39°45′50″ şm. e. 46°45′15″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Validə Tutayuq küçəsi
Aidiyyatı Şuşa qəzası
Tikilmə tarixi XIX əsr
Vəziyyəti dağıdılmış
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.5101
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5101
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çöl qala bulağı (Azərbaycan)
Çöl qala bulağı

Çöl qala bulağıŞuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.[1][2] Çöl Qala məhəlləsində Çöl Qala məscidinin yaxınlığında yerləşir.[3] Bulağın binaları dördbucaq formasında idi və yaxınlığında yerləşdikləri məscidlərin üslubunda tikilirdi.[4] XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq dağıdılmış, daş kitabələri məhv edilmişdir.[5] [6]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[7] Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[8]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[8] Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[9]

Tarixi[redaktə | mənbəni redaktə et]

Çöl qala bulağı hazırda Şuşa şəhərinin Validə Tutayuq küçəsində yerləşir. Bulaq XIX əsrdə inşa edilmişdir. Şuşada Çöl Qala məscidinin qənşəri açlıq meydan şəkilindədir. Əlbəttə bu meydanda şirin və saf suyu olan bulaq tikmək də unudulmamışdır. Özünün iki yamaclı çardağ örtüyü ilə ümumi məscid örtüyünü xatırladan kiçik evşəkilli həmin daş bulaq bütün fasadı boyu işlənmiş dekorativ elementləri ilə məscid elementlərini yada salır. Bu baxımdan məscid qarşısında olan bulaq onunla həmahənglik təşkil etdiyindən ümumi bir kompozisiya kimi baxılır.[10] Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşanın bulaqları da bir tarixdir". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  2. "Hər daş-qayası ilə abidə olan qala-şəhər". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  3. ""Çöl Qala" bulağı keçmiş Kuybışev küçəsi". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  4. "Çingiz Qacar, Şərq-Qərb nəşriyyatı, Köhnə Şuşa, 2019, səh. 344". www.ebooks.az. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 apr 2022.
  5. "Çöl qala bulağı (Şuşa) Azerbaijan / Susa / Şuşa / Validə Tutayuq küçəsi". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  6. Hüseynov, Y.Azərbaycanın Qarabağ bölgəsinin tarixi/Yunis Hüseynov; red. və rəyçi Z. H. Bayramlı (ön söz müəl.).–Bakı: [n.y.], 2019.–207s.
  7. Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
  8. 1 2 Авалов, 1977. səh. 74-75
  9. Авалов, 1977. səh. 75
  10. "MƏDƏNİYYƏT " BULAQLAR "Çöl-Qala" bulağı". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  11. ""Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar" — Şöbə müdiri". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]