Dəmirçilər məscidi — Vikipediya

Dəmirçilər məscidi
Ölkə  Azərbaycan
Tikilmə tarixi ХVIII
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərmir
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Dəmirçilər məscidi – Qubadlı rayonunda yerləşən məscid.

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qarabağın qədim məscidləri". 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]