Qotur bulağı (Şuşa) — Vikipediya

Qotur bulağı
39°46′01″ şm. e. 46°45′23″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Daşaltı çayının kənarında
Aidiyyatı Şuşa qəzası
Tikilmə tarixi XIX əsr
Qotur bulağı (Azərbaycan)
Qotur bulağı

Qotur bulağıŞuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[1]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir.[1]

Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[2]

Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir.[3] Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu.[4] İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.[3] Tərkibində çoxlu təbii minerallar var. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib.[3] Qoturluq xəstəliyinə tutulanlar bulaqda 2-3 dəfə çimdikdən sonra tamamilə sağalardılar.[4]

Dəri xəstəlikləri olanlar Qotur bulaqda şəfa tapırdı. Bulağın suyu payız fəslinin əvvəllərində və qış aylarında quruyur. Bu isə təbiətin hələ təbiətin mənası hələ müəyyən edilməmiş möcüzələrindəndir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Авалов, 1977. səh. 74-75
  2. Авалов, 1977. səh. 75
  3. 1 2 3 4 "Şuşanın bulaqları və müalicəvi suları" (az.). Archived from the original on 2022-01-05. İstifadə tarixi: 1 yanvar 2022.
  4. 1 2 3 Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]