Köçərli bulağı — Vikipediya

Köçərli bulağı
39°45′42″ şm. e. 46°44′48″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir 20 yanvar küçəsi
Aidiyyatı Şuşa qəzası
Tikilmə tarixi XIX əsrin sonu
Üslubu Aran memarlıq məktəbi
Vəziyyəti Məhv olmaq üzrədir
İstinad nöm.5052
KateqoriyaMemarlıq abidələri
ƏhəmiyyətiYerli əhəmiyyətli
Köçərli bulağı (Azərbaycan)
Köçərli bulağı

Köçərli bulağıŞuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[1]

Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[2]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[2]

Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi. Bulaq XIX əsrin sonunda inşa edilib. Bulaq adını yerləşdiyi məhəllənin adından almışdır.[4]

Bulaq üç yol ayrıcında yerləşir. Başqa məhəllələrin bulaqlarına nisbətən kiçik idi. Bir gözlü idi. Bulaq məhəllənin imkanlı adamları tərəfindən inşa olunmuşdu.[5]

Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[6]

Hazırda bulağın qalıqları Şuşa şəhərinin 20 yanvar küçəsində yerləşir.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
  2. 1 2 Авалов, 1977. səh. 74-75
  3. Авалов, 1977. səh. 75
  4. "Şuşanın bulaqları və müalicəvi suları" (az.). Archived from the original on 2022-01-05. İstifadə tarixi: 1 yanvar 2022.
  5. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
  6. ""Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar" - Şöbə müdiri". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  7. "Bulaq Köçərli bulağı (Şuşa)". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.