Seyidli bulağı — Vikipediya

Seyidli bulağı
39°45′27″ şm. e. 46°45′22″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Seyidli məhəlləsində
Aidiyyatı Şuşa qəzası
Tikilmə tarixi XIX əsr
Seyidli bulağı (Azərbaycan)
Seyidli bulağı

Seyidli bulağıŞuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub.[3] Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.[2]

Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.[2]

Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Bundan sonra şəhərin müxtəlif yerlərinə bulaqlar çəkilir.[2] Bu bulaqlardan biri də XIX əsrin 80-ci illərində Seyidli mərhələsində çəkilən bulaq olur. Bulaq elə məhəllənin adı ilə Seyidli bulağı adlanır.[4]

Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.[5]

Hazırda bulağın qalıqları Şuşa şəhərinin General Y. Quliyev küçəsində yerləşir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
  2. 1 2 3 4 "Şuşanın bulaqları da bir tarixdir". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. 1 2 "Seyidli Bulaq (Şuşa)". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  4. "Şuşanın bulaqları və müalicəvi suları" (az.). Archived from the original on 2022-01-05. İstifadə tarixi: 1 yanvar 2022.
  5. ""Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar" - Şöbə müdiri". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]