Səfi bəyin evi — Vikipediya

Səfi bəyin evi
Səfi bəyin evinin divar bəzəyi
Səfi bəyin evinin divar bəzəyi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa

Səfi bəyin evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi[1].

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qənbər Qarabaği tərəfindən evdə çəkilmiş divar rəsmi

Səfi bəyin zirzəmiyə malik iki mərtəbəli evi plan xüsusiyyətləri baxımından XVIII–XIX əsrlərdə inşa edilmiş Şuşa evlərini təkrarlasa da, ölçüləri baxımından onlardan seçilir. Uzadılmış düzbucaqlı formasına malik evin mərkəzində yanlardan rizalitlərlə əhatələnmiş iki mərtəbəli lodciya yerləşir.[2]

Birinci mərtəbədə xidməti otaqlarla yanaşı rizalitlərdə yerləşdirilmiş iki yaşayış otağı da vardır. Fasadda inşa edilmiş daş pilləkən vasitəsi ilə birinci mərtəbə ilə əlaqələndirilmiş ikinci mərtəbənin mərkəzində böyük qonaq otağı, yanlardakı rizalitlərdə isə iki otaq yerləşir. Otaqların hər ikisi mərkəzi zalla birbaşa əlaqəyə malikdir. Zalın və lodciyanın tavanı, həmçinin qapıların ətrafları zövqlə çəkilmiş freska rəsmləri ilə bəzədilmişdir.[2]

Plan həllinin dəqiqliyi həm də öz əksini fasadların həllində tapmışdır. Planın otaqların yerləşdirilməsini özündə tamamilə əks etdirən fasadlar üç hissəyə bölünmüşdür.[2] Fasadların sadə dekorativ xüsusiyyəti tikilinin lakonik həcm-məkan həllini uğurla tamamlayır.[2] Bu rəsmlər dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabaği tərəfindən çəkilib[3].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" (PDF) (az.). mct.gov.az. 02.08.2001. 20.05.2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 06.01.2022.
  2. 2,0 2,1 2,2 2,3 Саркисов, Ализаде, 1950. səh. 126
  3. Ərtegin Salamzadə. "Qarabağ milli incəsənətin yarandığı əsas bölgələrdəndir" (az.). science.gov.az. 12.10.2020. 06.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2022.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]