Çöl Qala məhəlləsi — Vikipediya

Çöl Qala məhəlləsi
Çöl Qala məhəlləsindəki Çöl qala bulağı və məscidi
Çöl Qala məhəlləsindəki Çöl qala bulağıməscidi
39°45′42″ şm. e. 46°45′00″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsr

Çöl qala məhəlləsiŞuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən 17-cidir. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Qala divarlarına ən yaxın ərazidə Xurşidbanu Natəvanın sarayı, Əsəd bəy Cavanşirin saray kompleksi, Xan Şuşinskinin evi, Üzeyir bəy Hacıbəylinin ata mülkü yerləşib. Çöl qala, Qarabağın ən ünlü soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanın sarayı, ictimai xadim Əhməd bəy Ağaoğlunun atasının mülkü yerləşən Qurdlar və Saatlı məhəllələrindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif Saatlı məhəlləsində yaşamış, mədrəsədə dərs demişdi.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qalanı orta hissədən daşla döşənmiş uzun yol iki hissəyə bölür. Qarabağ xanlarının da saray memarlıq abidəsi də həmin yolun Çölqala məhəlləsinə doğru uzanan ərazisində yerləşir. Şuşanın işğalı gününə kimi bu nəhəng bina yaşayış binası idi. Binanın böyük darvazası vardı. Küçəyə açılan kiçik qapı yaraşıqlığı ilə diqqəti cəlb edir.[3] Sözün əsl mənasında həmin qapı xan sarayına xüsusi gözəllik verir. Saray memarlıq abidəsi geniş ərazini əhatə edir.[4] Hər tərəfindən daş hasarla əhatələnmişdir. Bu xanlıq ara məhəlləsidir.[5] Şuşada salınmış sonuncu məhəllə "Çöl qala"dır. Bu məhəllənin sakinləri qala divarları tikilib başa çatandan sonra köçüb gəldiklərinə və qaladan kənarda məskunlaşdıqlarına görə şəhər əhalisi onları "çöl qalalı", yəni "qalanın çölündə yaşayanlar" adlandırıb və həmin vaxtdan da məhəllə bu adla tanınıb. Şuşanın xeyriyyəçi şəxsiyyətlərindən olan Hacı Nəsir Rza oğlu 1889-cu ildə həmin məhəllədə bulaq tikdirmişdir.[6]

Çöl-qala məhəlləsi

Memarlığı[redaktə | mənbəni redaktə et]

Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları, çarhovuzlar, çeşmələr, kəhrizlər çoxluq təşkil edir. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırır.[7] Məhəllə Qala divarlarına ən yaxın olduğundan belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Xurşidbanu Natəvanın sarayı, Əsəd bəy Cavanşirin saray kompleksi, Xan Şuşinskinin evi, Üzeyir Hacıbəyovun atasının mülkü bu məhəllədə yerləşir.[8][9]

Məhəllənin yetirmələri[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Qarabağnamələr. 2-ci kitab.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022.
  • "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
  • "Şuşada vaxtilə yəhudi məhəlləsi olub". www.baki-xeber.com. İstifadə tarixi: 28 apr 2022.
  • "Şuşa, Aşağı çöl qala məhəlləsi". www.youtube.com. İstifadə tarixi: 18 avq 2022.
  • "Şuşa-Çöl Qala məscidi tərəfindən açılan maraqlı küçələr". www.youtube.com. İstifadə tarixi: 18 avq 2022.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşanın məşhur məhəllələri". www.azerbaijan-news.az. 7 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 apr 2022.
  2. Hüseynov, Y. Azərbaycanın Qarabağ bölgəsinin tarixi/Yunis Hüseynov; red. və rəyçi Z. H. Bayramlı (ön söz müəl.).–Bakı: [n.y.], 2019.–207s.
  3. . Şuşa bulaqları: 2015.15 sentyabr. S.6–7.
  4. "Şuşa salnaməsi" (PDF). anl.az. 2022-09-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 avq 2022.
  5. Yunis Hüseynov, Bakı-2015. Şuşa nəşriyyatı, səh. 152
  6. "Şuşanın məşhur məhəllələri". nuhcixan.az. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 apr 2022.
  7. Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
  8. Mahmudov, Y. Qarabağ: Real tarix, faktlar, sənədlər / Y. M. Mahmudov, K. K. Şükürov; baş məsləhətçi E. Ə. Mahmudov; məsləhətçilər A. Ə. Paşayev, F. H. Vahabov; naşir: B. H. Axundov; İngilis dilinə tərcümə edən: B. İ. Hacıyev. – Bakı: Təhsil. – 2005. – Mətn paralel olaraq Azərbaycan və ingilis dillərindədir.
  9. Çingiz Qacar, "Köhnə Şuşa", Şərq-Qərb nəşriyyatı. 2019, 349 səh.