Qasım bəy Zakirin qəbirüstü abidəsi — Vikipediya

Qasım bəy Zakirin qəbirüstü abidəsi
Ölkə Azərbaycan
Yerləşir Şuşa, Mirzə Həsən qəbiristanlığı
Heykəltaraş Namiq Dadaşov
Tikilib 1984
Vəziyyəti dağılmış
Material Bürünc

Qasım bəy Zakirin qəbirüstü abidəsi — 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında mütəfəkkir Qasım bəy Zakirin qəbirüstündə ucaldılmış abidə. Abidə Şuşa şəhəri işğal edilən zaman erməni vandalizminin qurbanı olmuşdur.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Görkəmli şair Qasım bəy Zakirin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında onun qəbirüstündə abidə ucaldılmışdır.[1] Əvvəllər şairin qəbirinin üzərində türbə olmuş sonra isə qəbirüstü abidəsi qoyulmuşdur.

Qasım bəy Zakirin qəbirüstü abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov olmuşdur.[2]

Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrdə yaşamış tanınmış şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı.[1]

Qəbirüstü abidə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılmışdır. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "Şuşa qalasında qəbirüstü abidələr". 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-04.
  2. "Tanınmış heykəltaraş Namiq Dadaşov dünyasını dəyişib". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  3. "Dünya və ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 yanvar 2021.