Tailand — Vikipediya

Tailand
Tailand
Bayraq Gerb
Bayraq Gerb
Himn: 
เพลงชาติ
(azərb. "Tailand Milli Marşı"‎)
Rəsmi dilləri
Paytaxt Banqkok
İdarəetmə forması Monarxiya
Tailand kralı[d]
Sahəsi Dünyada 50-ci
 • Ümumi 513,120 km2
km²
 • Su sahəsi (%) 0.4
Əhalisi
 • Əhali 69,648,117 nəfər (20-ci)
 • Siyahıyaalma (2010) 64,785,909 nəf.
 • Sıxlıq 132,1 nəf./km² (88-ci)
 • Ümumi 505.568.057.004 $[2], 495.340.592.811 $[2]
ÜDM (AQP)
 • Ümumi $1.591 trilyon dollar  (23-cü)
 • Adambaşına $22,675 dollar  (74-cü)
ÜDM (nominal)
 • Ümumi (2023) $574.231 milyard dollar  (27-ci)
 • Adambaşına $8,181 dollar  (85-ci)
İİİ (2021) 0.800 (azalma; 66-cı)
Demonim Singaporean
Valyuta Tailand batı
İnternet domeni .th
ISO kodu TH
BOK kodu THA
Telefon kodu +66
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tailand[4] və ya rəsmi olaraq Tailand krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.

Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, MyanmaMalayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir.

Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır.

Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir. İstehsal, kənd təsərrüfatıturizm ölkə iqtisadiyyatının aparıcı sektorlarıdır.

Dövlət rəmzləri

[redaktə | mənbəni redaktə et]

Tailand Krallığının dövlət rəmzləri: Tailand bayrağı, Tailand gerbiTailand himnidir.

Ərazisi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

Tailandın coğrafi kordinatları 5°36' və 20°28' şimal enliyi ilə 97°20' və 105°35' şərq uzunlu arasında dəyişir. Ümumi ərazinin 2,23 min km² dəniz zonasına aiddir. Ərazinin qərbdən şərqə doğru maksimal uzunluğu 780 km, şimaldan cənuba doğru isə — 1650 km-dir. Cənub-qərbdən ölkə ərazisini Andaman dənizinin suları yuyur. Cənubdan və şərqdən isə Cənubi Çin dənizinin Siam körfəzi ilə həmsərhəddir. Sahil xəttinin ümumi uzunluğu 3 219 km-dir. Dəniz sahili ərazilərdə düzənlik və bataqlıqlaşmış relyef üstünlük təşkil edir. Malay yarımadasının qərb sahillərində düyü əkələn körfəzlər və kiçik çayların estuariləri ilə çox parçalanmış. Siam körfəzinin Kamboca ilə olan sərhəddində ÇanqKut adası yerləşir. Malay yarımadasının SamuyPhanqan adaları Tailanda məxsusdur. Andaman dənizində isə Surin, SimilanPxuket adaları yerləşir.

Böyük Taksin 1767-ci ildə Tailand kralı olaraq taxta çıxdı.

Geologiyası və faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]
Tailandın[ölü keçid] qərbindəki mağaralar

Tailandın şimalında, qərbində və cənubunda yerləşən dağ sistemləri paleozoy geosinklinalına aiddir. Cənubi asiya qırışıqlığına mezozoyda yenidən aktivləşmişdir. Dağlar paleozoytriasın effuziv əhəng daşlarından, qum daşlarından və şistlərindən təşkil olunmuş. Ölkənin şimal-şırqində yerləşən Korat yaylası mezozoyun qumdaşlarından ibarətdir. Tailandın mərkəzində tektonik çökmə yerləşir. Ərazi kaynozoyun çöküntü məhsulları ilə örtülmüş (5–7 km). Bu çökmə ərazidə Menam düzənliyi və Siam körfəzinin şelf hissəsi formalaşmış.[5] Tailand ərazisində karst relyef formaları geniş yayılmış. Mağaralar üstünlük təşkil edir. Mağaraların çoxu buddizmin müqəddəs məkanları hesab olunur. Ən böyük mağaralardan biri — Pxravanqdenqdir. Uzunluğu 13,5 km-dir.

Mezozoy qranitləri böyük qalay yataqları ilə əlaqəlidir (1220 min ton)[5]). Volfram ehtiyatlarının miqdarı 20 min tondur[5]. Paleozoy strukturlarında stibium, flüorit, qurğuşun, sink, barit, dəmir filizi geniş yayılmışdır. Mərkəzdə və cənubda qonur və daş kömür ehtiyatları var. Qərbdə rubin və sapfir yataqları aşkar olunub.

Ölkə ərazisinin yarıdan çoxu allüvial düzənliklərdən ibarətdir. Bunlardan ən böyüyü — Menam düzənliyidir. Menam düzənliyi ölkənin mərkəzində, Çaupxraya çay vadisi boyu yerləşir. Çayın gətirmə məhsulları hesabına quru ərazi ildə 2–3 metr Siam körfəzinə daxil olur. Düzənlik rayonlar şimaldan Luanqpxaban silsiləsinin cənub hissəsi və Pxipannam ön dağları ilə əhatələnir. Qərbdə Kxuntxan, Tanentaunci və Bilau silsilələri yerləşir. Bu silsilələr meridianal istiqamətdə Malay yarımadasında uzanır. Tailandın şimal-qərb hissəsində ölkənin ən yüksək zirvəsi — Doyintanon dağı (2559 m) yerləşir. Şərq hissədə yerləşən Korat yayalası ölkə ərazisinin ¼-ni tutur[6]. Yayla ölkə daxilinə doğru tədricə yüksəlir və Danqrek, Fufan alçaq dağları formalaşır. Kra bərzəxindən cənubda, Malay yarımadasında kiçik düzənliklər və alçaq dağlar üstünlük təşkil edir. Tailandın Andaman dəniz sahilləri kəskin parçalanmışdır. Adalar, qayalıqlar və sualtı riftlər mövcuddur.

Cənub Şərqi Asiyada mərkəzi mövqe tutmasına, şimaldan cənuba doğru böyük məsafədə uzanmasına görə Tailand müxtəlif iqlim xüsusiyyətlərinə mlikdir. O üzdən əsas məhsul yığımı il ərzində bir neçə dəfə həyata keçirilir. Turizm mövsümi il boyu davam edir.

Tailand üçün subekvatorialmusson iqlimi xarakterikdir. Orta illik temperatur +13 °C-dən aşağı düşmür və nadir hallarda +40 °C-ni keçir. Ən isti aylar aprel və maydır. Ölkənin şimalında iqlim nisbətən kontinentaldır. Sutkalıq temperatur bu ərazilərdə maksimum olur. Dağlıq ərazilərdə qışda temperatur 10–15 °C düşür. Düzənlik ərazilərin orta temperaturu + 22— +29 °C-dir. Tailandın cənub bölgələrinin iqlim şərtləri daha yümşaqdır. Malay yarımadasında orta aylıq temperatur + 27— + 29 °C-dir.

Şimal və cənub rayonlarında 3 mövsüm müşahidə olunur — isti və quru qış; qızmar və quru yaz; qızmar və rütubətli yay-payız. Cənubda isə 2 mövsüm ayrılır — rütubətli, tayfunlu yay və az rütubətli qış[7].

Fauna və florası

[redaktə | mənbəni redaktə et]

2005-ci ilə olan məlumata görə meşələr ölkə ərazisinin 28,4 %-ni təşkil edir[8]. 1965-ci ildə bu göstərici 60 % olmuşdur. Əsas meşə örtüyünün qırılması nəticəsində ərazidə ikinci dərəcəli akasiya savannaları, eləcə də evkalipt ağacları formalaşıb. 1989-cu ildən ölkədə meşə qırımının həcmi kəskin azaldılmışdır.

Fauna rayonlaşdırmasına görə Tailand Hind-Malay zoocoğrafi zonasına daxildir. İri heyvanlardan Asiya filini, Malay ayısını, yəhərli tapirı, çöldonuzunu misal göstərmək olar. Yırtıcılardan pələng, leopard, panter, benqal pişiyi üstünlük təşkil edir.

Tailand ərazisində ilk dövlətlər I-II əsrlərdə yaranmağa başlamışdır. Tailərin üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu-XIII əsrin əvvəllərində yarandı və Sukotai dövləti adlandı. XIII əsrin ortalarından sonra Tailand ərazisində Siam dövləti yarandı. Ölkə Tailand adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra aldı.[9]

Sukxotay krallığı

[redaktə | mənbəni redaktə et]
Pxra[ölü keçid] Açana (Vat Si Çum, Sukxotay Tarixi Parkı)

XIII əsrdən əvvəl tay krallıqları şimalda yerləşən yaylalarda hakimiyyət sürürdü. Bu dövlətlərə Lannatayın sələfi Hiran krallığı və müasir Çin Xalq Respublikası ərazisində yerləşən Kenhun krallığı daxil idi. Sukxotay uzun müddət Kxmer imperiyasının təsiri altında olmuş Lavo krallığının (indiki Lopburi) tərkibində ikən ticarət mərkəzinə çevrilmişdi. Tayların Yuxarı Çaopxraya çayı vadisinə miqrasiyası uzunmüddətli bir proses idi.

Müasir tarixşünasların Sukxotayın Kxmer imperiyasından ayrılmasının[10] 1180-ci ildə başladığını irəli sürürlər. Sukxotay təxminən 1180-ci ildə Kxomsabad Kxlonlamponq rəhbərliyindəki monlar tərəfindən yenidən işğal olunana qədər yüksək muxtariyyət yaşayırdı.

İki yaxın dost olan pxokxun Si İndraditya (1238–1270) və pxokxun Pxa Muanq Kxmer imperiyasına qarşı üsyan qaldırmışdı.[11]:195–196 Tay feodal tituluna çevrilməzdən əvvəl Kxun möhkəmləşdirilmiş qəsəbə və onun ətrafındakı kəndlərə hökmranlıq edən şəxsə verilən bir titul idi.[12] Banqklanqxao Sukxotayı Si İndraditya adı ilə hökm etmiş və Pxra Ruanq sülaləsini (1238–1438) başlatmışdır. O, kortəbii krallığın təsirini qonşu şəhərlərə genişləndirmişdir. Hakimiyyətinin sonunda 1257-ci ildə Sukxotay krallığı Yuxarı Çaopxraya çayı vadisinin (o vaxtlar sadəcə Menam – azərb. Sular anası‎ olaraq bilinirdi) hamısına hökmranlıq edirdi.

Ənənəvi tay tarixşünasları Sukxotay krallığının əsasının qoyulması tay millətinin yaranması kimi hesab edirlər, çünki Sukxotaydan əvvəlki krallıqlar barədə çox az məlumat var. Müasir tarixi tədqiqatlar tay tarixinin tay tarixinin Sukxotaydan daha əvvəl başladığını iddia edirlər. Buna baxmayaraq, Sukxotay krallığının yaranması Tailandda hələ də qeyd edilir.

Ram Kamhanqın səfərləri

[redaktə | mənbəni redaktə et]
Vat[ölü keçid] Sapxan Xin (Sukxotay Tarixi Parkı)
Ramakxamxaenq[ölü keçid] kitabəsi (Banqkok milli muzeyi).

Pxo Kxun Ban Muanq (?–1279/80) və onun qardaşı Ramakxamxaenq (1279–1298) Sukxotay krallığının ərazisini genişləndirmişdir. Ramakxamxaenq cənubdakı Supannabxum krallığını və Sri Txamnakorn krallığını fəth etmiş, Txeravadanı dövlət dini olaraq qəbul etmişdir. Bununla yanaşı, bu dövrdə krallıq şimaldakı Pxre və Muanq Sua şəhərlərini ona xərac verməyə məcbur etmişdir.

Ramakxamxaenq daha sonra qərbdəki monlara özləri bütpərəstlərdən azad etmək üçün kömək etmişdir. Bu monlar daha sonra Martaban krallığını yaratdılar. Buna görə də tay tarixşünasları Martaban krallığının Sukxotaydan asılı olduğunu irəli sürürlər.

Səfərlərinə son qoyduqdan sonra Ramakxamxaenq Sri Txamnakorndan olan rahiblərin Txeravada inancını Sukxotayda təbliğ etməyə çağırmışdır. 1283-cü ildə tay əlifbasını yaratmışdır. Onun hazırladığı Ramakxamxaenq kitabəsi 600 il sonra Monqkut tərəfindən kəşf olunmuşdur.

Bu dövrdə krallıq Çinin Yuan sülaləsi ilə siyasi əlaqələr qurmağa başlamışdır. Sukxotay və Çin arasındakı ticari əlaqələr qat-qat inkişaf etmişdir. Sukxotayın ixrac etdiyi məhsullardan biri Sanqkalok idi. Bu Tailandın Çin üslubunda keramikanı hazırladığı yeganə dövrdür. Bu, XIV əsrdə dəbdən düşmüşdür.

Ayutiya krallığı

[redaktə | mənbəni redaktə et]
[[Ayutiya[ölü keçid] krallığı

, 1686]]

Ayutiya hegemonluğuna Sukxotay,[13]:222 Kampxaenq Pxet və Pxitsanulok kimi şimal krallıqlarını və şəhər dövlətlərini fəth edərək başlamışdır. XV əsrin axırlarında Ayutiya regionun böyük gücü olan Anqkor krallığına səfərlər etmişdir. İllər keçdikcə Anqkor krallığının Çaopxraya çayı vadisindəki təsiri azalırdı və Ayutiya regionun yeni gücünə çevrilirdi.

Ayutiya və Lannatay arasındakı münasibətlər Ayutiyanın 1451-ci ildə gerçəkləşən Txau Çoy üsyanını dəstəkləməsindən sonra xeyli pisləşmişdi. Sukxotay krallığının zadəganlarından olan Yuttittxiranın Ayutiya kralı Borommatraylokkanat (1431–1488) ilə münaqişələri var idi. O, Borommatraylokkanatın sarayına getmiş və onu Pxitsanuloka hücum etməyə çağırmışdır. Beləliklə Yuxarı Çaopxraya vadisi uğrunda Ayutthaya–Lannatay müharibəsi başlamışdır. 1460-cı ildə qubernator Çalianq Lannatay kralı Tilokarata təslim olmuşdur. Bunu görən Borommatrailokkanat müharibəyə daha çox diqqət ayırmaq üçün paytaxt və ordusunu Pxitsanuloka köçürmüşdür. Tilokarat 1475-ci ildə Borommatraylokkanat ilə sülh imzalamışdır.

Buna baxmayaraq, Ayutiya krallığı mərkəzləşmiş bir dövlət deyildi. Ayutiya özünüidarə edən knyazlıqlardan və xərac verən vilayətlərdən ibarət idi. Bu knyazlıqlar və vilayətlər Ayutiya kralına sədaqət andı içirlər. Bir çox tarixçilər bunu mandala sistemi adlandırırlar.[14] Bu knyazlıqlar ya Ayutiya krallıq sülaləsinin üzvləri ya da müstəqil orduya sahib yerli hökmdarlar tərəfindən idarə olunurdu. Bu sistem yerli knyazların tez-tez üsyan çıxarmasına səbəb olunurdu.

Krallıqda vərəsəlik qanununun zəif olması və güclü bir meritokratiya anlayışının olmaması mübahisəli varislik vəziyyəti olan zaman knyazların və taxt-taca iddiası olan digər hakim simaların ordularını yığıb paytaxta hücum etməsi və qanlı çevrilişlərin baş verməsi ilə nəticələnirdi.[15]

XV əsrin əvvəllərində Ayutiya Malay yarımadası ilə maraqlanırdı, ancaq Malakka sultanlığının əhəmiyyətli ticarət limanları dövlətin müstəqilliyini qoruyurdu. Ayutiya Min Çininin siyasi və iqtisadi dəstəyi ilə Malakkaya qarşı bir neçə uğursuz səfər həyata keçirmişdir. XV əsrin əvvəllərində Min dənizçisi Çjen Xe (1371–1435) liman şəhərində bir baza qurmuşdur. Bu isə Çinin Malakkanı taylara uduzmaq istəmədiyini bildirirdi. Çinin müdafiəsi ilə şəhər çiçəklənmə dövrünü yaşamış və Ayutiyanın ən böyük rəqiblərindən birinə çevrilmişdir. 1511-ci ildə portuqaliyalılar Malakka şəhərini işğal etmişdir.[16]

Qanlı bir vərəsəlik mübarizəsindən sonra Ayutiya qısa bir qızıl dövrünə girmişdir. Bu dövr XVIII əsrin ikinci yarısında baş vermiş, incəsənətin, ədəbiyyatın və təhsilin inkişafı ilə nəticələnmişdir.[17]

Ayutthayadakı[ölü keçid] Wat Chaiwatthanaram məbədinin xarabalıqları. 17-ci əsrdə inşa edilmiş

Krallığın son əlli ili knyazlar arasında baş verən münaqişələrlə keçmişdir. Knyazların əsas hədəfi taxt-tacı ələ keçirmək idi. Saray əyanları və sərkərdələr sui-qəsdə uğrayırdı. Krallığın son monarxı V Boromaraça taxta kral olan balaca qardaşını məğlub edərək çıxmışdır.[18]:203

Fransız mənbələrinə görə Ayutiya üç knyaz şəhərindən ibarət idi. Onlar Pxuket, Sonqkxla və Nakxonsithammarat idi.[19]

1765-ci ildə 40 min əsgərlik bir Birma ordusu Ayutiyaya şimal və qərbdən hücum etdi.[20]:250 Sərhəd ərazilərdə yerləşən kənd və qəsəbələr tez işğal olundu. 14 aylıq bir mühasirədən sonra Ayutiya şəhəri düşmüş və 1767-ci ilin aprel ayında talan edilib yandırılmışdır. Beləliklə Ayutiya krallığı süquta uğramışdır.[18]:218

Hökumət və siyasət

[redaktə | mənbəni redaktə et]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Tailand Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan konstitusiya günü (1932) 10 dekabrdan qeyd olunur. Tailandın Konstitusiyası 2007-ci ilin noyabr ayından qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Tailand 878 rayondan ibarət 76 əyalətə (Lampanq, Lampxun, Çianqmay, Çianqray, Mexonqson, Nan, Tak, Uttaradit, Pxre, Buriram, Kxonken, Nakxonratçasima, Samutpraxan, Çonburi, Sonqkxla, Amnatçaren, Yasotxon, Surin, Sisaket, Nonbualampxu, Maxasarakam, Mukdaxan və s.) və Banqkok paytaxt bələdiyyəsinə bölünür.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]
Kral[ölü keçid] Rama IX Bhumibol Adulyadej və Sirikit, 1959-cu ildə Nakhon Si Thammarat-da

Ölkədə milli birliyin rəmzi və buddizmin müdafiəçisi sayılan Kral — dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Siyasətin fövqündə duran Tailand Kralı mütləq hakimiyyətə malik olmasa da, ölkədə vaxtaşırı baş verən siyasi böhranlar zamanı müxtəlif siyasi qüvvələr arasında balansı qoruyub saxlamaq, habelə dövləti əhəmiyyət kəsb edən bir çox mühüm qərarların qəbulunda bilavasitə iştirak edir.

Mövcud Konstitusiyaya görə beynəlxalq müqavilələr bağlamaq, yüksək hərbi və mülki vəzifələrə təyinat, hərbi vəziyyət elan və ya ləğv etmək, veto hüququnun tətbiqi, əfv fərmanı vermək, dekret və fərmanlar dərc etmək, Parlamenti buraxmaq və erkən seçkilər təyin etmək və s. məsələlər Kralın birbaşa səlahiyyətlərinə aid olsa da, dövlət üçün çox vacib və həlledici qərarların qəbulunda Baş nazirinParlamentin razılığı mütləqdir.

Tay cəmiyyətinin bütün təbəqələrində yüksək nüfuza malik olan Kralın siyasi həyatdakı rolu, eyni idarəetmə-üsullu qərb dövlətlərindən fərqli olaraq formal xarakter daşımır.

Qanunvericilik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]
Tailand[ölü keçid] parlamenti

İkipalatalı Parlamentdən: 150 yerlik Senatdan (Yuxarı Palataya 75 üzv Kral tərəfindən təyin edilir, senatorların digər 50%-i isə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər) və 500 yerlik Nümayəndələr Palatasından (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilirlər) ibarətdir.

Əsas funksiyası qanunvericilik aktlarını qəbul və illik dövlət büdcəsini təsdiq etməkdən ibarət olan ölkə Parlamenti, eyni zamanda qanunlarla bağlı Kralın vetosunu hər iki palatada 2/3 səs çoxluğu ilə dəf etmək, Hökumətin fəaliyyətinə nəzarət etmək və zəruri hallarda etimadsızlıq göstərməklə onu tam tərkibdə istefaya göndərmək səlahiyyətinə malikdir. əldə etmişdir.

Uşaqlara[ölü keçid] böyüklərinə hörmət etmək öyrədilir.

Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir.

2009-cu ilin aprel ayının əvvəlinə olan rəsmi təxminlərə əsasən Tailandın 66,8 milyon nəfər əhalisi var .[21]

Tailandda təlim ədəbi tai dilində aparılır. İbtidai təhsil 7 illik olub bütün əhali üçün məcburidir. Tailanda əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 4 – 7 yaşlı uşaqların tərbiyəsi ilə məşğul olan məktəbəqədər tərbiyə müəssisələri də mövcuddur. Orta təhsilin müddəti 5 il, texniki – peşə təhsilinin müddəti isə 1 – 3 ildir. Banqkokda 5 Universitet, Milli Kitabxana, Milli Muzey fəaliyyət göstərir.

Dini vəziyyət

[redaktə | mənbəni redaktə et]
Phra[ölü keçid] Phuttha Chinnarat viharasının daxili hissəsi

Tailanda buddistlər ölkə əhalisinin 96 faizini təşkil edirlər. Birmada olduğu kimi burada da buddizm özünün txeravad formasında inkişaf edib. Bura siam, kxmer, mon, lao, karen, dağ kxmerlərinin bir qrupu, və digər etnik qruplar daxildir. Buddizimin şimal məktəbi olan maxayanaya Tailandda yaşayan çinlilər, fyetnamlılar və bəzi laolar ibadət edir. Əhalinin 4 faizi müsəlmanlardır (malaylar, tyamlar, Banqladeş və Pakistandan gələnlər), əsasən sünnü-şafii məzhəblidirlər. Az sayda sünnü-hənəfilər və şiələr vardır. Çinləlirin bir hissəsi konfusianlıq və daosizmə etiqad edir. Tailandın əhalisinin kiçik bir hissəsi xristiandır. Xristian missionerləri bura XVI əsrdən çalışsalar da heç bir uğur qazana bilməyiblər. Əhalinin 0,5 faizini təşkil edən xristianlar əsasən Banqokda və ölkənin şimal hissəsində məskunlaşıblar. Katoliklərə(165 min nəfər) tailandda yaşayan vyetnamlılar, eləcə də avroasiyalı metislər arasında rast gəlmək olar. Protestanlar 30 min nəfərdirlər. Bununla yanaşı baptistlər, yeddinci günün adventistləri, lüteranlar və digər təriqətlərə mənsub xristianlar da vardır. Mərkəzi rayonlarda əsasən Hindistandan gələn induistlər (4 min nəfər), Banqokda isə az sayda siqxlər yaşayır. Tailandın bəzi dağ qəbilələri ənənəvi kultlara ibadət edirlər. Tailandın 14 min nəfər əhalisi heç bir dinə etiqad etmir

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
[[Banqkok|Bangkok[ölü keçid]

hər il 22 milyondan çox ziyarətçi cəlb edir.]]

İnkişaf etmiş infrastruktura, azad bazar iqtisadiyyatına malik olan Tailandın iqtisadiyyatı ümumilikdə investisiya yönümlüdür və güclü ixrac potensialına malikdir. 1997–1998-ci illərdə Asiya maliyyə böhranından qurtulmuş Tailandın 2000–2008-ci illərdə ÜDM-də illik 4% artım müşahidə olunmuşdur. Tayland yüksək ixrac potensialına malik ölkədir. İxrac məhsulları əsasən maşınqayırma və elektron avadanlıq komponentləri, kənd təsərrüfatı məhsulları və zərgərlikdir. Bu üç sahənin ÜDM-də payı 50%-dən çoxdur. 2008–2009-cu illərdə dünyada hökm sürən maliyyə böhranı Tailandın ixracatını kəskin azaltdı. 2009-cu ildə iqtisadiyyatın artım tempi 2,2% təşkil etmişdir.

Mərkəzi[ölü keçid] dünyanın qarşısındakı BTS ayrılma marşrutu.

2010-cu ildə Taylandın ÜDM üzrə artımı 1995-ci ildən bəri ən yüksək həddə, 7,6%-ə çatmışdır. Buna səbəb ölkənin ixracatının dünya maliyyə böhranından sonra dirçəlməsi olmuşdur. 2010-cu ilin mart – may aylarında ölkədə baş vermiş iğtişaşlar Tailandın biznes mühitini və müştəri etimadını zəiflətmişdir. İğtişaşlar zamanı turizm sektorunun ciddi zərər çəkməsi və qısa müddətdə yenidən canlanması daha yüksək səviyyəli müştəri etimadının bərpa olunmasına rəvac vermişdir. Bundan başqa, ölkədə biznes və investisiya mühiti Tailand fond birjasının mart – may aylarında 5%-lik artım göstərməsi sayəsində öz mövqeyini qoruyub saxlaya bilmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatının həcminin artacağı ehtimalı böyükdür.

  • Ümumi daxili məhsul: alıcılıq qabiliyyəti – 580,3 mlrd. ABŞ dolları. (2010)
  • real artım nisbəti – 7,6% (2010), adambaşına – 8 700 ABŞ dolları (2010)
  • ÜDM sektorlar üzrə: kənd təsərrüfatı: 10,4%, sənaye: 45,6%, xidmət: 44% (2009)
  • Xarici valyuta və qızıl ehtiyatları – 176,1 mlrd. ABŞ dolları (2010)
  • Büdcə: Gəlirlər: 56.33 mlrd. ABŞ dolları, Xərclər: 56.87 mlrd. ABŞ dolları (2010)
  • İnflyasiya: 3,3% (2010)
  • Sənaye: turizm, tekstil və geyim, kənd təsərrüfatı məhsullarının emalı, içki, tütün

məmulatları, zərgərlik məmulatları, sement, kompüter və hissələri, mebel, avtomobil hissələri, volfram (dünyada ikinci istehsalçı).

Tayland[ölü keçid] dünyanın ikinci ən böyük düyü ixracatçısıdır.
  • Kənd təsərrüfatı məhsulları: düyü, tropik bitkilər, şəkər çuğunduru, kokos, soya.
  • İxrac: 191.3 mlrd. ABŞ dolları (2010)
  • İxrac tərəfdaşları: ABŞ – 10,9%, Çin – 10,6%, Yaponiya – 10,3%, Honkonq – 6,2%,
  • Avstraliya – 5,6%, Malayziya – 5%, Sinqapur – 4,97% (2009)
  • İxrac malları: tekstil və ayaqqabı, balıq məhsulları, düyü, rezin, zərgərlik məmulatları,

avtomobil, kompüter və elektrik avadanlıqları.

  • İdxal: 156.9 mlrd. ABŞ dolları (2010)
  • İdxal tərəfdaşları: Yaponiya – 18,7%, Çin – 12,7%, Malayziya – 6,4%, ABŞ – 6,3%,

BƏƏ – 5%, Sinqapur – 4,3%, Cənubi Koreya Respublikası – 4,1% (2009)

  • İdxal malları: istehsal vasitələri, sənaye məhsulları, yanacaq.
  • Xarici borc: 82.5 mlrd. ABŞ dolları (2010)
  • Pul vahidi: Baht; 1 ABŞ dolları = 31.663 baht (2010)

Tailand inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xarici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır. Ölkəyə edilən iqtisadi müdaxilə istər – istəməz onun mədəniyyəti, maarifi və incəsənətinə də təsir göstərir.

Ramakien səhnəsi Wat Phra Kaewdəki bir divar üzərində təsvir edilmişdir.

Tailandın ilk ədəbi abidələri salnamə xarakteri daş kitabələrdir. Bu daş kitabələr XIII əsrin sonu- XIV əsrin əvvəllərinə aiddir. "Rama Kamhengin Stelası" ən qədim epiqrafik abidədir. Qədim Tailand ədəbiyyatına Hind ədəbiyyatı güclü təsir etmişdir. klassik şerlər əsasən dini – mədhiyyə xarakteri daşıyırdı. Epik poemalar və lirika XV – XVI əsrlərdən inkişaf etməyə başlamışdı. "Böyük həyat", "Yunanların məğlubiyyəti", "Parlo" və s. əsərlər həmin dövrün məhsullarıdır. XVIII əsrin məşhur lirik şairlərindən Sipart, Maharatçakru, Tammatibeti göstərmək olar. Həmin dövrün ədəbi yaradıcılığında "çərçivəli povestlər" deyilən janrlar mühüm yer tuturdu. Bu "çərçivəli povestlər" müxtəlif məzmunlu hekayələrdən ibarət idi. Dünyəvi mövzulara maraq XVIII əsrin sonundan artmağa başladı, nəşr işi inkişaf etdi.

Çauprayya Praklanqın "Raçatirat" tarixi romanı da həmin dövrün ədəbi nümunəsi idi. Sunton Punun "Kun Çanq və Kun Pen", "Pra Apaymani", Kral II Ramanın "Snao" poemaları, Pra Mahamontrinin "Şahzadə Landay" satirik poeması XIX əsr Tailand ədəbiyyatının ən yüksək səviyyəli nümunələridir. Tailanda realist ədəbiyyatı XX əsrin 30-cu illərindən inkişaf etməyə başladı. Siburapa, Lao Kamhom, Açin Pançapan, Seni Sauvaponq Manat Tyanrayonq, İtsara Amantanun realizmin görkəmli nümayəndələri idi. Qadın yazıçı Tamayanti sosial mövzuda roman və hekayələr yazan müəllif kimi şöhrət qazanmışdır

Tony Jaa
Lalisa Manoban

Taylandlılar, Tony Jaa Phanom Yeerum da daxil olmaqla, bu illər ərzində kinoda mükəmməl çıxış etdilər. Beynəlxalq uğurlardan zövq alan bir neçə rəqs-pop sənətçisi arasında Lisa Lalisa Manoban[22] və Tata Young var.

Tailandda qədim zamanlardan dini və başqa mərasimlər, kənd bayramları musiqi ilə müşaət edilmişdir. Musiqi əsərləri əsasən sadə ritmli olub iti templə ifa olunur. Tailanda skripka tipli sau donq, sau o, sau sam say syounq, khim, tyakau (simli), khliy, pinay, khen, ranad yok, ranad thum, vonq iau, thon (nəfəs) və s. musiqi alətlərindən istifadə edilir. Tailandda həmçinin instrumental ansambllar geniş yayılmışdır. Montri Tramote, Narisi müasir Tailand bəstəkarlarına, U.Sukanthamalai, T.Aylen, Ç.Duryabhand və başqa müğənniləri nümunə gətirmək olar.

Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər.[23]

Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər.[23]

Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, pomidor və ya xiyar dilimləri ilə bəzədilir.[23]

Bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü təşkil edir. Demək olar ki, düyü bütün yeməklərin hazırlanmasında istifadə olunur. O, dadları tarazlaşdırdığı üçün isti yeməklərin hazırlanmasında geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, düyü bişirilərkən, ona heç vaxt duz əlavə olunmur. Tay mətbəxində düyü Avropa mətbəxində geniş istifadə olunan çörək və kartofu əvəz edir.[23]

Ram Muay, döyüş əvvəli mərasimlər.
Muay tay ölkənin milli idman növüdür
Buakaw, məşhur beynəlxalq muay tay praktikantları.

Muay tay qədim zamandan Siam olaraq adlandırılan bölgənin bölünməsindən sonra yaranan və bu gün ağırlıqlı olaraq Taylandda sistemlənmiş döyüş sistemlərinin hamısının ümumi adıdır. Hər nə qədər bölgə sərhədləri dəyişsə də, bu ölkəyə qonşu olan Myanmada (köhnə adı Burma) tətbiq olunan "Orkestr və ya Lethwai" və Kambocada edilən "Khmer boksun" ilə böyük bənzərliklər göstərilir. Muay tayın yaranması haqqında fərziyyələt "Tailand, Myanma və Kamboca" arasında anlaşılmazlıqlar indiki vaxtda şiddətlənmiş olub, hər ölkə bu idman növünü özünə şamil edir. Bu gün muay tay təkamül keçirərək 3 budaqda "peşəkar, həvəskar və milli (ənənəvi)" olaraq tətbiq olunmağa başlanılmışdır.

Taylanddakı yerli məktəblərdən olan uşaqlar Muay tay nümayiş etdirirlər.

Tarixi təxminən XIV əsrə aiddir. Köhnə antik sistemlərin hamısı "Muay Boran" (Antik Doyüş Sistemi) çətiri altındadır (Bu mövzuda bir çox əfsanələr mövcuddur. Muay Boran çətiri altında: "Muay Lopburi (bugünkü muay tayın əcdadı sayılır), Muay Çeyut, Muay Korat, Muay Koçasarn, Muay Nakorn" sistemləri vardır. Ənənəvi sistemlərdən bəzən Myanma, Tailand və ya Kamboca sərhədlərində müsabiqə hazırlanır, əlcək yerinə sarğı, bandaj istifadə edilir və xüsusilə Kamboca bu mövzuda peşəkarlıq əldə etmişdir.

Krabbe Krabbong isə, tamamilə "qılınc, nizə və s." ehtiva edən silahlı ənənəvi özünə xas bir intizam olub, ancaq bilindiyi kimi muay tay sistemi ilə bir əlaqəsi yoxdur. Ayrıca bu gün Tailand ordusunun bəzi hissələrində istifadə edilən "Military Lerdrit" adlandırılan döyüş sənətinin ölkəyə xas ayrı bir sistem mövcuddur.

Lumpinee[ölü keçid] Boks Stadionu

Tailandda tətbiq olunan peşəkar sistem doğuş üçün isə "Lumpini, Rachandamnern, TV 7 və s." kimi xüsusi olaraq inşa edilmiş stadionlar mövcuddur. Bunlar arasında xüsusilə "Rachandamnern" dünyada yalnız "Boks" məqsədi üçün inşa edilmiş ən böyük stadiondur. Buralarda hər həftə gün həddindən artıq döyuş edilməsinə və sıx olmasına görə diqqəti cəlb edir. Milli peşəkar muay tay mövzusunda əsas dünya təşkilatları "WMC (WORLD Muay Thai Council) və ya S-1 (SONGCHAI PROMOTIONS) adlandırıla bilər.

  1. Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. https://web.archive.org/web/20170210083750/https://basementgeographer.com/right-hand-traffic-versus-left-hand-traffic/.
  4. Лаолар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 153.
  5. 1 2 3 Таиланд // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  6. Coğrafiya ensiklopediyası. II kitab. Bakı: Çaşıqoğlu Multimediya", 2012 — s.204
  7. "The Climate of Thailand" (PDF). Thai Meteorological Department. 1 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 August 2016.
  8. "Thailand Deforestation Rates and Related Forestry Figures". 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  9. "Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  10. Koedes, Corc. "The Origins of the Sukhodaya Dynasty" (PDF). Journal of the Siam Society. Siam Heritage Trust. JSS Vol. 14.1b (digital). 1921: 1. 2016-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 noyabr 2018. The dynasty which reigned during a part of the 13th and the first half of the 14th centuries at Sukhodaya and at Sri Sajjannlaya, on the upper Menam Yom, is the first historical Siamese dynasty. It has a double claim to this title, both because it cradle was precisely in the country designated by foreigners as "Siam" (Khmer: Syam; Chinese Sien, etc.), and because it is this dynasty which, by freeing the Thai principalities from the Cambodian yoke and by gradually extendinig its conquests as far as the Malay Peninsula, paved the way for the formation of the Kingdom of Siam properly so called.
  11. Koedes, Corc. Ualter F. Vella (redaktor). The Indianized States of Southeast Asia. tərcümə Suzan Braun Kouinq. University of Hawaii Press. 1968. ISBN 978-0-8248-0368-1.
  12. Terviel, Barend Jan. "Ahom and the Study of Early Thai Society" (PDF). Journal of the Siam Society. Siamese Heritage Trust. JSS Vol. 71.0 (digital). 1983: image 4. 2013-11-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 noyabr 2018. khun : ruler of a fortified town and its surroundinig villages, together called a mu'ang. In older sources the prefix ph'o ("father") is sometimes used as well.
  13. Koedes, Corc. Ualter F. Vella (redaktor). The Indianized States of Southeast Asia. tər. Suzan Braun Kouinq. University of Hawaii Press. 1968. ISBN 978-0-8248-0368-1.
  14. Hayam, 1989. səh. 355
  15. "The Aytthaya Era, 1350–1767". U. S. Library of Congress. 2011-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
  16. Jin, Şaoçin. Office of the People's Government of Fujian Province (redaktor). Zheng He's voyages down the western seas. Fujian, China: China Intercontinental Press. 2005. səh. 58. ISBN 9787508507088. İstifadə tarixi: 13 noyabr 2018.
  17. "Ayutthaya". Thailand by Train. 2010. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
  18. 1 2 Ruanqsilp, Bxavan. Dutch East India Company Merchants at the Court of Ayutthaya: Dutch Perceptions of the Thai Kingdom c. 1604–1765. Leyden, Niderland: Koninklijke Brill NV. 2007. ISBN 0-300-08475-7. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
  19. Halma, Çez Fransua. Dictionaire geographique universel. Amsterdam. 1750. səh. 880.
  20. Harvi, G.E. History of Burma. London: Frank Cass & Co. Ltd. 1925.
  21. "Tailand Milli Statistika Ofisi". 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.
  22. "Arxivlənmiş surət". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  23. 1 2 3 4 Çin mətbəxi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine bonduelle.az  (az.)